Chemistry News

Aspartam

Molecule of the Week” layihəsi çərçivəsində Çinarə Fərəcova tərəfindən yazılan məqalə: “Aspartam”.

Molekulyar formulu: C14H18N2O5
Molyar kütləsi: 294.301 q/mol
Sıxlığı: 1.35 q/ sm3
Qrupu: peptidlər
Ərimə temperaturu: 246 – 247 oC

Aspartam – şəkər əvəzedicisi, dadlandırıcı və qida əlavəsidir (E951). L – Aspartil – L – fenilalanin metil insan orqanizmində metanola və iki protein əsaslı aminturşularına, yəni asparaqin və fenilalaninə parçalanır.

Fiziki xassələri:
Aspartam şəkərdən 160-200 dəfə şirindir, qoxusuzdur, suda yaxşı həll olur, rəngsizdir. Sintetik yolla alınır. Az kolorili şirinləşdirici kimi qəbul edilir. Şəkərlə müqayisədə Aspartam gec əmələ gəlir və orqanizmdə uzun müddət qalır.

Qəbul qaydası:
Aspartam həm müxtəlif markaların məhsulu kimi, həm də qarışıqların tərkibində şəkər əvəzedicisi kimi istehsal olunur.
Aspartam ərzaq və içkilərin: alkoqolsuz içkilərin, şokolad, konfet, yoqurt, vitamin, şəkər əvəzedicili öskürək əleyhinə dərmanların, telatin, marmelad və bir çoxlarının tərkibinə daxildir.
Eyni zamanda dərman preperatı kimi şəkərli diabet, piylənmə və başqa xəstəliklərin müalicəsində istifadə olunur.

Tarixi:
Aspartam 1965-ci ildə Searle Amerikan şirkətində çalışan kimyaçı Şlatter tərəfindən mədə xorasının müalicəsində istifadə olunan dərman preperatlarının sintezi zamanı kəşf edilmişdir.
İlk dəfə Aspartamdan ABŞ və Böyük Britaniyada 1981-ci ildə istifadə edilməyə başlamışdır. O zamanlar Aspartam alternativ şəkər əvəzedicisi hesab olunurdu və zərərsiz hesab edilirdi.

Metobolizması və Təhlükəsizliyi:
Aspartam insan orqaniminda iki amin turşusuna (asparaqin və fenilalanin) və metanola parçalanır. Metanol sinir və damar xəstəlikərinin düşməni hesab edilir. Metanol orqanizmə düşdükdə oksidlləşir və formaldehidə çevrilir. Buna görə də aspartamın böyük miqdarı orqanizm üçün zərərlidir. Orqanizmdə bir sıra xəstəliklərin əsasını qoyur.
Gündəlik doza 50 mq-dan çox olmamalıdır. Fenilalinin tərkibli bəzi məhsulların istehsalçlıları mütləq fenilalanin  mənbəyindən alındığını qeyd etməlidirlər. Aspartamın miqdarının çoxluğu orqanizmdə serotonin hormonun təsirini azaldır. Ümumilikdə götürdükdə Aspartmın tərkibində yağlar yoxdur və buna görə də qida və içkilərin tərkibinə, eləcə də şəkərli diabet xəstələrinin qidalarına əlavə kimi tətbiq olunur. Dünyanın 90-dan çox ölkəsində qida sənayesində tətbiq olunur. Minlərlə qida məhsullarının tərkibində olan aşağı kalorili bir süni dadlandırıcıdır.

 

Ədəbiyyat:

  1. https://www.efsa.europa.eu/en/topics/topic/aspartame
  2. Guy, R. C. (2014). Aspartame. Encyclopedia of Toxicology, 330–331. https://doi.org/10.1016/b978-0-12-386454-3.00818-6
  3. Artificial sweeteners. (2016). Meyler’s Side Effects of Drugs, 713–716. https://doi.org/10.1016/b978-0-444-53717-1.00330-9
  4. O’Mullane, M., Fields, B., & Stanley, G. (2014). Food additives: Sweeteners. Encyclopedia of Food Safety, 477–484. https://doi.org/10.1016/b978-0-12-378612-8.00231-6
61740login-checkAspartam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon