Chemistry News

Metilparaben

Parabenlərin bir nümayəndəsi olan metilparaben CH3(C6H4(OH)COO) kimyəvi formuluna malik qoruyucu maddədir. P-hidroksibenzoy (C7H6O3) turşusunun mürəkkəb efiridir.
Təbiətdə metilparaben müxtəlif həşəratlar üçün feromon rolunu oynayır və ana arı feromonunun tərkib hissəsidir.
Tez-tez müxtəlif kosmetika və şəxsi qulluq məhsullarında istifadə olunan bakteriya və göbələk əleyhinə bir vasitədir. Həm də qida qoruyucu kimi istifadə olunur və Avropada E218 qida əlavəsi nömrəsinə malikdir.
Metilparaben və ya propilparabenlərin ümumiyyətlə bədən baxımı və kosmetik vasitələrdə istifadə edilən konsentrasiyalarda zərərli olub olmadığı barədə mübahisələr mövcuddur. Bu maddələr, qida və kosmetikada antibakterial qorunma üçün ABŞ Qida və Dərman Administrasiyası (USFDA) tərəfindən təhlükəsiz kimi qəbul edilir. Bəzi tədqiqatlar isə göstərir ki, dəriyə tətbiq olunan metilparaben B tip Ultrabənövşəyi şüalarla reaksiya göstərə bilər və bu da dərinin yaşlanmasına və DNT zədələnməsinə səbəb ola bilər.
Mənbə:
1. Handa O, Kokura S, Adachi S, Takagi T, Naito Y, Tanigawa T, et al. (October 2006). “Methylparaben potentiates UV-induced damage of skin keratinocytes”. Toxicology. 227 (1–2): 62–72.
2. Okamoto Y, Hayashi T, Matsunami S, Ueda K, Kojima N (August 2008). “Combined activation of methylparaben by light irradiation and esterase metabolism toward oxidative DNA damage”. Chemical Research in Toxicology. 21 (8): 1594–9.
37660login-checkMetilparaben

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon