Chemistry News

Kimyada bugün – 21 Avqust

21 Avqust 1986-cı ildə Kamerunun şimal-qərbindəki Nyos Gölünün dib sularından ölümcül bir karbon qazı (CO2) buludu çıxması nəticəsində 1746 insan və 3000-dən çox heyvan həlak oldu. Püskürmə təxminən 100.000-300.000 ton karbon qazının (CO2) qəfil sərbəst buraxılmasına səbəb oldu. Qaz buludu əvvəlcə sürətli şəkildə yüksəldi, lakin havadan ağır olduğu üçün daha sonra yaxınlıqdakı kəndlərə enərək bütün havanı dəyişdi və gölün 25 km ətrafındakı insanlar və heyvanların boğulması ilə nəticələndi. İlk başlarda qaz ayrılmasının səbəbinin vulkanik və ya limnik püskürmə olması ilə bağlı fikir ayrılığı yarandı. Limnik püskürmə həllolmuş CO2-nin birdən-birə məhluldan ayrıldığı və sudan püskürdüyü nadir bir hadisədir. Həmin vaxtdan sonra suda CO2 konsentrasiyasını və dolayısı ilə daha çox püskürmə riskini azaltmaq məqsədilə göldə qazdan təmizləmə sistemi quruldu.

Gölün normalda mavi olan suları dərinlərdən gələn dəmirlə zəngin suların səthə çıxması və havada oksidləşməsi nəticəsində qaz ayrılmasından sonra tünd qırmızı rəngə çevrildi.

57780login-checkKimyada bugün – 21 Avqust

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon