Chemistry News

Dow chemicals və Du Pont avqustun 31-i şirkətləri birləşdirməyi planlayırlar

Amerikanın iki ən böyük kimya istehsalçısı olan Dow chemical və Du Pont şirkətlərini birləşdirmək üçün artıq bütün qanunu icazələri alıblar. 31 avqustda birja bağlandıqdan sonra müqavilələri tamamlanacaq şirkətlər bunu cümə günündəki açıqlamalarında bildirdilər. DowDuPont 1 sentyabr tarixindən etibarən DWDP adı altında ticarətə başlayacaq. Bazardakı dəyəri 150 milyar dollara yaxın olan şirkətlər dünyanın ən böyük kimya şirkəti olan BASF SE-ni keçəcəyi gözlənilir. DowDuPont bağlanışın ardından 18 ay içində kənd təsərrüfatı, xüsusi məhsullar və materiallar adı altında şirkətdaxili üç kompaniya ilə fəaliyyət göstərməyi planlaşdırır. İnvestorların narahatlıqlarına cavab olaraq, hər iki tərəfin idarə heyəti şirkətlərin hansı səhmlərinin hissədarlara daha çox gəlir gətirəcəyini müəyyən etmək üçün bu üç kompaniyanı hal-hazırda nəzərdən keçirirlər. Araşdırma Dow chemicalın icraçı direktoru  Andrew Liveris, DuPont-un CEO-su Ed Breen, direktoru Sandy Cutler, Dow-un direktoru Jeff Fettig tərəfindən həyata keçirilir.

20930login-checkDow chemicals və Du Pont avqustun 31-i şirkətləri birləşdirməyi planlayırlar
wpChatIcon