Chemistry News

17 Avqust

Aleksandr Butlerov 1886-cı ilin bugünü dünyasını dəyişmişdir. Rusiyalı kimyaçının üzvi maddələrin strukturu mövzusunda teoremi üzvi kimyanın təməl anlayışlarından birini təşkil edir. O, 1861-ci ildə alman alimləri qarşısında  kompleks birləşmələrdə atomların  kimyəvi rabitələrinin qarşılıqlı şəkildə izahını vermişdir. Başqa sözlə kimyəvi maddənin təbiətinin onun quruluşundan və hansı elementlərdən təşkil olunmasından asılı olduğunu bildirmişdir. Butlerov kimyəvi molekulları tədqiq edərkən radikalların öz xarakteristikalarını qoruyub saxladıqlarını müşahidə etmişdir. O doymamış birləşmələr üzrə araşdırmalarında çoxqat rabitələr ideyasını üstün tutmuşdur. Alim həmçinin izomerlərin təyinində mühim araşdırmalar aparmışdır.

21630login-check17 Avqust
wpChatIcon