Chemistry News

Səthi korroziya ilə mübarizə üçün yeni üsul

BP və Mançester Universiteti tərəfindən aparılan 6.5 milyon dollar dəyərindəki yeni layihə ağır ətraf mühit şəraitinin nəticəsi olan korroziyanın müddətini daha yaxşı anlamağa və verimli bir şəkildə ona qarşı mübarizə aparmağa hədəflənmişdir. Qurğular, neft və təmizləyici borular və digər sənaye vasitələrində meydana gələn korroziya təhlükəsizlik problemlərinə yol açır. Bundan başqa korroziya qurumu olan NACE İnternatinal-a görə korroziyadan gələn illik zərər 2 trilyon dolları keçir. Ancaq korroziya prosesləri hələ də dərindən öyrənilməyib və sənayedə ona qarşı görülən tədbirlər daha çox təcrübəyə əsaslanır. Bu yeni  “Ağır şəraitdə səthi deqredasiyanın qarşısının alınması”  adlı ortaq araşdırma layihəsi qeyd olunan problemi həll etmək üçün seçilmişdir.

London Imperial Kolleci, Kembric, Leed ve Edinburq Universitetlərindən də mütəxəssislərin daxil olduğu layihə tərəfdaşları BP və Engineering and Physical Sciences Research Council tərəfindən 5 milyon pound alaraq səthi deqredasiyanın səbəbini araşdıraraq prosesi yüngülləşdirmək üçün strategiyalar həyata keçirəcəklər. Tərəfdaşlar BP Beynəlxalq İrəli Səviyyə Materiallar Mərkəzində bərabər çalışırlar.

Mançestor Universitetinin professoru və layihənin baş tədqiqatçısı Philip Withers layihə haqqında bu fikirləri söyləyir : ” Komputer modelləməsi, atomik ölçüdə in-situ təcrübə texnikası və in-operando görüntüləmə və xarakterizasiya üsulundan istifadə edərək bu programda korroziya şkalalarını və yerləşmiş korroziyanı araşdırmağa fokuslanacağıq. Sadə dildə desək, korroziyaya səbəb olan təməl mexanizmləri deşifrə etməyi, beləliklə də gələcəkdə onlarla daha verimli bir şəkildə mübarizə aparmağı hədəfləyirik.”

BP-nin Texnoloji Tədqiqatlar Şöbəsinin Müdir köməkçisi Angelo Amorelli layihənin onlara istifadə etməkdə olduqları ləvazimatların təhlükəsizlik  müddətini artırmaqda və yeni ləvazimatlar ərsəyə gətirməkdə kömək olacağını da əlavə etdi.

Mənbə: thechemicalengineer.com

21430login-checkSəthi korroziya ilə mübarizə üçün yeni üsul
wpChatIcon