Chemistry News

“Sağlam Bir Dünya üçün Yaşıl Enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi

Azərbaycan Universiteti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birlikdə SAĞLAM BİR DÜNYA ÜÇÜN YAŞIL ENERJİ mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi elan edir.

Müsabiqə tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması və formalaşmasına, onların yaradıcılıq qabiliyyətinin aşkarlanması və stimullaşdırılmasına xidmət edir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında elmə, texnologiya və innovasiyalara maraq oyatmaq, gəncləri qlobal elmi problemlərin həllinə cavab axtarışına cəlb etmək, onların elm haqqında təsəvvürlərini cəmiyyətin vacib dəyəri kimi genişləndirməkdir.

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:

  • Alternativ və bərpa olunan enerji və onun saxlanması (külək, günəş-istilik, hidroenerji, biokütlə, bioqaz, dəniz sistemləri, hidrogen və s.)
  • Enerjiyə qənaət, idarəetmə və effektivlik (enerjinin idarə edilməsi, elektrik şəbəkələri, enerji istehsal sistemləri, enerjiyə qənaət edən cihazlar, alternativ mühərriklər)
  • Enerji menecmenti, nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri (alternativ yanacaqlar, hibrid nəqliyyat vasitələri, alternativ nəqliyyat sistemləri, alternativ mühərriklər)
  • Enerji, elm, texnika və cəmiyyət (hüquqi çərçivələr və idarəedici orqanlar, maliyyə sxemləri və proqramlar – beynəlxalq, regional və yerli, iqlim dəyişikliyi, meteorologiya, eko turizm, ekologiya və inkişaf)
  • Dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr.

Müsabiqə iki mərhələdə keçiriləcəkdir.

I Mərhələ (qiyabi) 1 fevral 2018 – 10 fevral 2018
II Mərhələ (əyani) 15 fevral 2018 – 1 Mart 2018

I mərhələdə ən yaxşı elmi işlər II mərhələdə iştirak etmək üçün seçilir. I mərhələnin nəticələri müsabiqənin saytında yerləşdiriləcəkdir.
II mərhələyə keçən iştirakçılar öz elmi işlərini komissiya qarşısında təqdim edəcəklər. Hər bir iştirakçıya 20 dəqiqə vaxt verilir. Təqdimatların hazırlanması, onun auditoriyaya çatdırılması da qiymətləndiriləcəkdir.

Daxil olan işlərin komisiya tərəfindən qiymətləndirilməsi kriteriyaları:

  • İşin aktuallığı və yeniliyi;
  • Tədqiqata yanaşmanın orijinallığı;
  • Aparılan tədqiqatın dərinliyi və innovativliyi;
  • Alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması;
  • Görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti;
  • Təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi.

Bütün iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

Yekun seçim qərarı və qaliblərin təltif olunması 15 mart 2018-ci ildə Azərbaycan
Universitetində keçiriləcəkdir.
Qaliblərə I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcəkdir.

  • I Yer – 800 manat
  • II Yer – 600 manat
  • III Yer – 400 manat

Qalib işlərin elmi rəhbərləri və məsləhətçiləri də təltif ediləcəklər.
Qalib gələn işlər məqalə formasında AAK-ın siyahısına daxil olan “İpək Yolu” elmi jurnalında çap ediləcəkdir.

İşin hazırlanması və strukturu

Müsabiqəyə təqdim olunacaq iş Azərbaycan dilində (müstəsna hallarda rus dilində) olmalıdır, titul vərəqi, mündəricat, giriş, əsas hissə, nəticələr və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmalıdır. İşin həcmi A4 formatında 12 səhifədən 30 səhifəyə qədər ola bilər. Titul vərəqində iştirakçının adı, soyadı, atasının adı, təhsil müəssisəsi, seçilmiş istiqamət, işin adı, rəhbər haqqında məlumat (adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı) yazılmalıdır. Mündəricat səhifələr qeyd edilməklə əsas bölmələri və başlıqları əks etdirməlidir. Giriş hissəsində seçilmiş mövzunun aktuallığı, məqsədi əsaslandırılmalı, obyekti formalaşdırımalı və tədqiqat metodu göstərilməlidir. Əsas hissə seçilmiş istiqaməti və işin mövzusunu tam açmalı, eləcə də alınmış nəticələri əks etditməlidir. Nəticə hissəsində müəllifin apardığı tədqiqat nəticəsində əsas aldığı nəticələr və tövsiyyələr yer almalıdır.

Misrosoft Word proqramı

  • Soldan 3 sm, sağdan, yuxarıdan, aşağıdan 2 sm
  • Şrift Times New Roman -14
  • Sətirlərarası interval -1,5
  • Abzas ölçüsü – 0,7

Müsabiqədə iştirak etmək istəyənlər 31 yanvar 2018-ci il tarixinə qədər öz işlərini
doldurulmuş ƏRİZƏ FORMASI ilə birlikdə elm@au.edu.az ünvanına göndərə bilərlər.

Müsabiqə ilə bağlı bütün suallarla Azərbaycan Universitetinin Elm Şöbəsinə müraciət edə bilərsiniz.

Ünvan:
Bakı şəhəri, Nəsimi rayonu
Ceyhun Hacıbəyli, 71
Azərbaycan Universiteti
Elm şöbəsi
Tel: (+994 12) 431 41 12 (daxili 160), (+994) 50 500 23 81

22720login-check“Sağlam Bir Dünya üçün Yaşıl Enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi
wpChatIcon