Chemistry News

Laboratory Training Programs

Daha öncə də elan etdiyimiz kimi Azerbaijan Chemical Society Intertek Azeri Ltd. şirkəti ilə əməkdaşlıq çərçivəsində “Laboratoriya Təlim Proqramları”na start verir. Hazırda aşağıdakı proqramlar üzrə qeydiyyat açıq elan edilmişdir:

1) Neftin Ümumi Analizləri Laboratoriyası

2) ICP MS üsulu ilə Element Tərkibinin Təyini

3) Qaz Xromatoqrafiyası Təlimi

4) ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi

5) Neftin Distillə Prosesi

Ətraflı məlumat üçün info@azecs.az email adresinə yaza bilərsiniz. Qeyd edək ki, yerlər məhduddur, limitli sayda iştirakçı qəbul ediləcəkdir.
130 ildən artıq tarixə malik olan Intertek şirkətinin hal-hazırda 100 ölkədə 1000-dən çox laboratoriya və ofislərində 43000-dən artıq işçi çalışır. “Intertek Azeri Ltd” məşhur beynəlxalq “Intertek” şirkətinin Azərbaycandakı nümayəndəliyidir. Şirkət öz fəaliyyətini Bakı şəhərində həyata keçirir və 1997-ci ildən Əsrin Müqaviləsi (ACG, BTC) üzrə işlər çərçivəsində laborator xidmətlərin əsas təchizatçılarından biridir. Intertek AzeriLtd. şirkəti müştərilərə məhsulun və ya xidmətin keyfiyyətinin və təhlükəsizliyinin yoxlanılması, təftişi və sertifikatlaşdırılması xidmətləri göstərir.
68070login-checkLaboratory Training Programs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon