Chemistry News

Laboratoriya Təlim Proqramları`nın fayda və üstünlükləri

Dəyərli Kimyaçılar,

“Laboratoriya təlim proqramları” sizə bir çox fayda və üstünlüklər qazandıracaq:

1) Hazırda bir çox müəssisələrdə istifadə olunan cihaz və avadanlıqların iş prinsiplərini həm nəzəri olaraq öyrənəcək, həm də real laboratoriya şəraitində həmin cihazlarda praktiki olaraq işləyəcəksiniz.

2) Şirkətin işçiləri ilə ünsiyyətdə olaraq iş mühitinə öyrəşəcəksiniz. Bu da sizə kollektivlə iş təcrübəsi qazandıracaq.

3) Təlimə qatılmaq istəyən tələbələri və çalışan şəxsləri nəzərə alaraq təlimin vaxtları təlimçi ilə razılaşdırılaraq uyğun vaxtlarda keçirilir.

4) Günlük təlimin vaxtı bitdikdən sonra şirkət, iştirakçılara günün sonuna qədər qalıb işlərə baxmaq üçün şərait yaradır. Seçdiyiniz proqramı professional şəkildə öyrənmək üçün mükəmməl fürsətdir.

5) Keyfiyyəti təmin etmək üçün bütün proqramlar üzrə cəmi 10 nəfər qəbul edilir. Ayrı-ayrılıqda hər proqram üçün isə 5 nəfər limiti qoyulub.

6) Təlim bitdikdən sonra imtahanlar götürülür və müvafiq qiymətləndirmələr aparılaraq iştirakçılar sertifikatla təmin olunur.

7) Təlimi uğurla bitirən şəxslərin adları şirkətin ehtiyat işçi bazasına daxil edilir. Uyğun vakansiyalara həmin şəxslər arasından seçilərək götürülür.

8) Ümumi olaraq təlim zamanı tam işçi olaraq yetişəcəyiniz üçün digər şirkətlərdə də asanlıqla iş tapmak imkanınız olacaq.

9) Şəxsiyyət vəsiqəsi və tələbə biletini təqdim etməklə tələbələrə 30% endirim ediləcək (ISO 9001 istisna olmaqla).

10) Təlim keçirilən laboratoriyalar müasir cihazlar və avadanlıqlarla təchiz olunmuş yeni laboratoriyalardır.

Qeydiyyatdan keçmək istəyən və ya əlavə sualları olan şəxslər info@azecs.az email adresinə yaza bilərlər.

68100login-checkLaboratoriya Təlim Proqramları`nın fayda və üstünlükləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon