Chemistry News

Kimyaçı alimlərin məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub

Azerbaijan Chemical Society idarə heyəti üzvü Elmir Babayev və həmkarlarının – AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri – k.e.d.,prof. Arif Əfəndi, L. Məhərrəmova, Ə. Əliyeva, L. Kojarova “Feature of catalysis on bimetallic alloys Zr with V, Mo, and Fe in the reaction of methanol oxidation” məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan Turkish Journal of Chemistry-də dərc olunub.

Məqalədə Bimetallik katalizatorların – sirkoniumun vanadium, molibden və dəmir ilə ərintilərinin katalitik xüsusiyyətləri metanolun oksidləşdirici dehidrogenləşməsi reaksiyasında tədqiq edilmişdir. Katalizatorun aktiv səthinin əmələgəlmə şərtləri müəyyən edilmişdir. Bimetalik katalizatorların iştirakinda metanolun formaldehid, dimetil efiri və dimetoksimetana çevrilməsi öyrənilmişdir. Katalizatorların fiziki-kimyəvi parametrləri XRD, XPS və SEM ilə tədqiq edilmişdir. Göstərilmişdir ki, katalizator nümunələrin aktivliyi О2 + Н2 ilə işləndikdən sonra artır, bu da ərintilərin aktiv komponentlərinin (V, Mo) katalizatorların səthində ayrılması və onların katalitik şəraitdə optimal oksidləşmə vəziyyətinin yaranması ilə əlaqədardır.

 

Feature of catalysis on bimetallic alloys Zr with V, Mo, and Fe in the reaction of methanol oxidation

Received: 06.10.2020     Accepted/Published Online: 08.04.2021        Final Version: 27.08.2021

Arif EFENDI, Lala MAGERRAMOVA, Adila ALIYEVA, Lyudmila KOJAROVA, Elmir BABAYEV

https://kqkiamea.az/az/news/2025/

60330login-checkKimyaçı alimlərin məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon