Chemistry News

Dünya Universitetlərinin Reytinq cədvəli 2018 – Top 1000

“Times Higher Education” 2018-ci ilin ən yaxşı 1000 universitetinin adını açıqlayıb. Bu ilki reytinq cədvəlinə ilk dəfə olaraq 2 ingilis universiteti liderlik edir. İlk 500 universitet arasında Azərbaycandan 1 universitet belə olmadığı halda, qardaş ölkə Türkiyədən 4 ali təhsil ocağı 500 universitet arasında öz yerini aldı.

Qeyd edək ki, “Times Higher Education” hər il təhsil, araşdırma, bilik transferi və beynəlxalq baxış, tələbələr, alimlər, kampusun ölçüsü, bakalavrların məzuniyyət faizi kimi kriteriyaları əsas götürərək Dünya Universitetlərinin Reytinq cədvəlini tərtib edir.

2018-ci il dünyanın ən yaxşı 10 universiteti sıralaması aşağıdakı kimidir:

  1. Oksford Universiteti
  2. Kembric Universiteti
  3. Kaliforniya Texnologiya İnstitutu
  4. Stanford Universiteti
  5. Massaçusets Texnologiya İnstitutu
  6. Harvard Universiteti
  7. Prinston Universiteti
  8. London İmperial Kolleci
  9. Çikaqo Universiteti
  10. İsveçrə Federal Texnologiya İnstitutu

 

Türkiyədən ilk 500`lükdə yer alan universitetlər:

301-350 Koç Universiteti
351-400 Sabancı Universiteti
401-500 Bilkent Universiteti
401-500 Boğaziçi Universiteti

Bütün siyahı üçün klikləyin!

23250login-checkDünya Universitetlərinin Reytinq cədvəli 2018 – Top 1000
wpChatIcon