Chemistry News

CHEMinar №4 – Sustainable Development and Ecology

10 Dekabr 2021-ci il tarixində “CHEMinar” layihəsinin sayca 4-cü vebinarı “Davamlı İnkişaf və Ekologiya” mövzusunda uğurla keçirilmişdir. Qeyd edilən mövzuda maraqlı təqdimatına görə vebinarın spikeri Dr. Gülçin Abbaszadə xanıma dərin minnətdarlığımızı bildiririk. Gülçin xanım vebinarın başlanğıcında Almaniyada çalışdığı mərkəz haqqında məlumatlar vermiş, daha sonra qlobal davamlılıq, iqlim dəyişikliyi, plastik tullantılar mövzusu ətrafında çıxış etmişdir. Spiker, ekoloji problemləri və həmin problemlərin səbəb ola biləcəyi fəlakətləri xüsusi olaraq vurğulamış, hər bir kəsin bu mövzuya həssas yanaşmalı olduğunu və üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli olduğunu bildirmişdir.
Komandamız adından vebinarda iştirak edən bütün iştirakçılara da aktiv iştiraklarına və elmi müzakirələrə görə təşəkkür edirik. Qeyd edək ki, layihə çərçivəsində ödənişsiz vebinarlarımız bundan sonra da davamlı şəkildə keçiriləcək.
Vebinardan bir neçə görüntünü sizə təqdim edirik:
68400login-checkCHEMinar №4 – Sustainable Development and Ecology

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon