Chemistry News

Azərbaycan Kimya Cəmiyyəti və ChampionX şirkəti arasındakı əməkdaşlığın yeni mərhələsi

Azərbaycan Kimya Cəmiyyətinin (AzeCS) beynəlxalq səviyyəli “ChampionX” şirkəti ilə həyata keçirdiyi unikal əməkdaşlıq çərçivəsində 2020-ci ilin sentyabr ayından başlayan maarifləndirmə marafonu öz tempi ilə davam edir. Neft-kimya sənayesinin ən aktual problemləri və onların kimyəvi həllinə həsr olunan “Oilfield Problems and Chemical Solutions” vebinarları hər ay yerli və xarici mütəxəssislərin təqdimatında 2021-ci ilin may ayına qədər həyata keçiriləcəkdir. “SPE Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” bölməsi tələbələrinin təşkilati dəstəyi ilə gerçəkləşən vebinarın başlanğıc sessiyasına 120-dən çox iştirakçı qatılmışdır və onların arasında ADNSU, BANM, BMU, BDU, UFAZ-ın tələbələri ilə yanaşı Böyük Britaniya, Norveç, Türkiyə, Misir, Hindistan, Filippin, Ukrayna, Əlcəzair, Pakistan və Taylandan olan tələbələr də yer almaqdadır.
Sənaye nəhənglərindən olan “ChampionX” ilə AzeCS-in əməkdaşlığı nəticəsində ərsəyə gələn bu böyük layihədən faydalanan gənclərin Azərbaycan neft-kimya sənayesi üçün yüksək ixtisaslı kadrlar kimi yetişməsində olan mühüm rolunu düşünmək bizi davamlı müvəffəqiyyətə təşviq etməyə və ruhlandırmağa kömək edir.
Azərbaycanda ilk dəfə baş tutan, sənaye və təhsili əlaqələndirən bu cür uzunmüddətli və peşəkar layihənin səs-sorağı beynəlxalq mətbuatda neft sənayesinin əsas carçılarından olan aşağıda linkləri göstərilən mətbu orqanlarda işıqlandırılmışdır.

https://www.championx.com/media-center/news/championx-inspires-azerbaijan’s-next-generation-of-chemical-engineers/

https://www.marketscreener.com/quote/stock/CHAMPIONX-CORPORATION-43328110/news/ChampionX-inspires-Azerbaijan-s-next-generation-of-chemical-engineers-32237570/

https://keyfactsenergy.com/news/11188/view/

https://www.oilfieldtechnology.com/drilling-and-production/22012021/championx-and-azerbaijan-chemical-society-deliver-webinars-on-oilfield-problems-and-chemical-solutions/

https://www.platform-oilandgas.com/news/championx-inspires-azerbaijans-next-generation-of-chemical-engineers

37250login-checkAzərbaycan Kimya Cəmiyyəti və ChampionX şirkəti arasındakı əməkdaşlığın yeni mərhələsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon