Chemistry News

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir

AMEA-nın akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmir Babayevin Sədrliyi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir. Eyni zamanda AzeCS`in elm, təhsil və tədqiqat üzrə meneceri olan Elmir Babayev tədbir haqqında aşağıdakı fikirləri bölüşmüşdür:
“Tədbirin əsas amalı elm-təhsil müəssisələri və kimya əmək bazarının müxtəlif sahələrində yer alan gənclərin həmrəylik çağırışları etmələri və birlik göstərmələri üçün fürsətin yaradılması idi. Belə tədbirlərin keçirilməsi və qarşılıqlı görüşlərin təşkili gənclər üçün işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından da olduqca faydalıdır. Baş tutan bu görüşdə məhz Həmrəylik gününün fəlsəfəsində dayanan güc və birliyin kimyanın tədris, tədqiqat, tətbiq və təbliğatında intensiv şəkildə siraət etməsini gerçəkləşdirmək mümkün oldu. Düşünürəm ki, bu tipli tədbirləri müxtəlif elm sahələrində çalışan gəncələr də həyata keçirməli, səslənən çağırışlar ümumiləşdirilməli, sonra isə bütün sahələr üzrə gənclər həmrəylik göstərib ölkənin elm, təhsil və sənayesinin inkişafına töhfələr gətirəcək multidissiplinar çağırışlar etməlidir. Bu baxımdan AMEA-da geniş imkanlar var və bunu biz gənclər dəyərləndirməliyik.
Tədbirin baş tutmasında göstərdiyi dəstəyə görə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevə dərin təşəkkürümü bildirirəm. Tədbirdə D. Tağıyevin iştirakı, gənclərə olan tövsiyyələri, dəstək çağırışları Dilqəm müəllim timsalında AMEA rəhbərliyinin biz gənclərə olan dəyər, inam və etimadının göstəricisidir. Qeyd edim ki, tədbirdə elmi və elmi-populyar mövzularda məruzələr, çıxışlar və çağırışlar səsləndirildi.
Tədbirdə dinlənilən məruzə və çıxışlar hazırlayıb auditoriyanın diqqətinə çatdıran gənc həmkarlarıma təşəkkür edirəm.
LTscientific şirkətinin texniki meneceri Ismayil Qarazadənin “Kimyəvi analizlərdə istifadə olunan cihazlara tələbat və onların sıradan çıxmasına təsir edən faktorlar”, ADNSU-nun tələbəsi Aygün Hüseynzadənin “Neft-kimya məhsulları və ətraf mühit amili”, AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşı Mir Əli İsakovun “Teta dalğaların insan kimyasına təsiri”, ChampionX şirkətinin sahə rəisi və Azerbaijan Chemical Society-nin həmtəsisçisi Orkhan Hacıyev “Müasir dövrdə sənayenin inkişafında kimyaçıların rolu”, BDU-nun magistrantı Aysel Nəbiyeva “Karbonun vəsiyyəti” mövzularında baş tutan elmi və elmi-populist çıxışları olduqca maraqlı idi.
Tədbirə olan dəvətimizi qəbul edib gələn gənclərin hər birinə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Neft-Kimya Prosesləri İnstitutlarının, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Kimya Cəmiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, ChampionX, CMT group EPO kimya, Evrika liseyini təmsil edən dəyərli gənc həmkarlarıma təşəkkürümü çatdırıram.
Tədbirin işıqlandırılmasında verdiyi dəstəyə görə Arzu xanıma və Kamran bəyə xüsusi təşəkkür edirəm. Təşkilati məsələlərdə xüsusi fəallıq göstərən İnstitumuzun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinə dərin təşəkkür edirəm.”
Biz də Azerbaijan Chemical Society adından AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına, o cümlədən bütün gənc həmkarlarımıza fəaliyyətlərində uğurlar arzu edirik!
69320login-checkAMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon