Chemistry News

Vinil Asetat

Molecule of the Week” layihəsi çərçivəsində Günel Cavadzadə tərəfindən yazılan məqalə: “Vinil Asetat”.

Təbiətdə tapılması və kəşfi:

Vinil asetat, CHO2 (CH3CO2CH=CH2) formuluna malik üzvi birləşmədir. Bu maddə əhəmiyyətli bir sənaye polimeri olan polivinil asetatın başlanğıc formasıdır.

Fiziki və Kimyəvi xassələri:

Rəngsiz mayedir, molyar kütləsi 86.090  g · mol-1, xoş qoxuya malikdir; şirindir, bəzi hallarda kəskin və qıcıqlandırıcı təsirə malik ola bilir. Sıxlığı  0.934 q/sm 3, ərimə nöqtəsi -93,5 °C (-136,3 °F; 179,7 K), qaynama nöqtəsi 72.7 °C (162.9 °F; 345.8 K).

Əsas alınma üsulu:

Vinil asetat, vinil spirtinin asetat efiridir. Vinil spirti yüksək dərəcədə qeyri-stabil olduğu üçün (asetaldehidə görə) vinil asetatın hazırlanması digər asetat efirlərinin sintezindən daha mürəkkəbdir.

Əsas sənaye üsulu, palladium katalizatorunun iştirakı ilə etilen və sirkə turşusunun oksigenlə reaksiyasını əhatə edir:

Polimerləşməsi:

Vinil asetat polimerləşərək polivinil asetat əmələ gətirir. O, digər monomerlərlə birlikdə etilen-vinil asetat, vinil asetat-akril turşusu, polivinil xlorid asetat kimi müxtəlif kopolimerlərin hazırlanmasında istifadə edilir.

Tətbiqi:

Vinil asetat, ABŞ-da böyük miqdarda istehsal olunan sənaye əhəmiyyətli kimyəvi maddədir. O, istidən, qığılcımdan və ya alovun təsirindən alovlana bilər. Vinil asetat digər sənaye əhəmiyyətli kimyəvi maddələrin hazırlanmasında istifadə olunur. Bu kimyəvi maddələr əsasən qablaşdırma və tikinti sənayesi üçün yapışqan hazırlamaq üçün istifadə olunur. Boyalar, tekstil və kağız istehsalı üçün də istifadə olunur.

Maraqlı faktlar:

Vinil asetat rəngsiz bir maye kimi görünür. Buxarları havadan daha ağırdır. Buxarlar gözləri və tənəffüs sistemini qıcıqlandırır. Qızdırıldıqda polimerləşə bilər. Bir konteyner içərisində polimerləşmə baş verərsə, konteyner şiddətlə yırtıla bilər.

Testlər vinil asetatın aşağı toksikliyə malik olduğunu göstərir. 31 yanvar 2009-cu ildə Kanada Hökumətinin son qiymətləndirməsi vinil asetata məruz qalmanın insan sağlamlığı üçün zərərli olmadığı qənaətinə gəldi.

 

Ədəbiyyat:

  1. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Vinyl-acetate
  2. Vinyl Acetate | Public Health Statement | ATSDR (cdc.gov)
  3. “Summary of Public Comments Received on the Government of Canada’s Draft Screening Assessment Report on Vinyl Acetate (CAS No. 108-05-4)” (PDF). Health Canada. 2009.
  4. Vinyl acetate – Wikipedia
58700login-checkVinil Asetat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon