Kimyanın smartfonlarla nə əlaqəsi olduğunu düşünürsünüzsə, sadəcə dövri cədvələ baxmaq kifayət edir. Smartfonlarda 70-ə yaxın kimyəvi elementə (qeyri-radioaktiv) rast gəlmək olar. Bu elementlər içərisində ən mühüm rolu nadir-torpaq metalları oynayır. Nadir-torpaq metallarına skandium, ittrium və eləcə də 57-71 elementləri daxildir. 57-71 elementləri Lantanla başladığı üçün Lantanoidlər adlanır.
Tək iPhone telefonunda 8 nadir-torpaq metalı mövcuddur. Smartfonların bir neçə çeşidini incələdiyiniz zaman 17 nadir-torpaq metalından 16-na rast gələ bilərsiniz. Sadəcə Prometium radioaktiv olduğu üçün rast gəlinmir.
Ekranda gördüyünüz parlaq qırmızı, mavi və yaşıl rənglərin əksəriyyəti nadir-torpaq metalları ilə əlaqədardır. Onlar həmçinin telefon dövrəsində və səsgücləndiricilərdə istifadə olunur. Bundan başqa, neodimium və disprozium olmadan telefonunuz titrəyişə malik ola bilməzdi.
Nadir-torpaq metalları təkcə smartfonlarda deyil, bir çox yüksək texnoloji cihazlarda istifadə olunur. Onları televizorlarda, kompyuterlərdə, lazerlərdə, raketlərdə, kamera linzalarında, flüoressent lampalarda və katalitik çeviricilərdə tapmaq mümkündür.
464200login-checkSmartfonların kimyası