Chemistry News

Molecule of the Week – Lawsone

Hamımızın yaxından tanıdığı xına bir sıra mədəniyyətlərdə önəmli yer tutur. Xınanın təxminən 5000 illik keçmişi vardır. Dəri, dırnaq və saçda qırmızımtıl qəhvəyi bir rəng buraxan bu təbii boyanın kimyasına baxaq. Xına (lawsonia inermis), xına ağacının yarpaqlarının qurudulub üyüdülməsiylə əldə olunur. Bu yarpaqlarda lavson adı verilən piqment vardır. Qırmızı-narıncı rəngə sahib bu piqmentin başqa adı “hennotannik” turşusudur (2-hidroksi-1, 4-naftoxinon).

Bu piqment suda həll olmadığına görə yaxmaq üçün xına əldə edərkən yağ istifadə olunur. Yağda həll olan piqmentlər reaksiyaya hazır vəziyyətə keçir. Yaxılan xınadakı lavson piqmenti saçda və barmaqlarda olan keratin zülalı ilə reaksiyaya girir. Daha sonra bu reaksiyanın getdiyi yerdə qalıcı iz qalır və bu iz əslində əldə edilmək istənilən o gözəl görüntülü nəticədir. Qalıcı olduğu bilinsə də bu iz ən çox 2-3 həftə qalır. Buna səbəb reaksiyanın əslində bədəninizin ən xarici qatında olan ölü və ya ölmək üzrə olan hüceyrələrdə həyata keçməsi və yuyulmalar nəticəsində tökülərək itməsidir.

10330login-checkMolecule of the Week – Lawsone
wpChatIcon