Chemistry News

Formamid

Molecule of the Week” layihəsi çərçivəsində Mətanət Feyziyeva tərəfindən yazılan məqalə: “Formamid”.

Formamidlər RR’NCHO tipli birləşmələrdir. Mühüm formamidlərdən biri dimetilformamiddir (CH3)2NCHO.
1920-ci ildə K. H. Meyer və L. Orthmer formamidin parçalanma reaksiyasının əksinə olan təzyiq altında CO2 və NH3 maddələrinin qızdırılması yolu ilə istehsal oluna biləcəyini kəşf etdilər. Bu gün bəzi formamidlər bu şəkildə hazırlanır, lakin daha çox yayılmış proses metil formiatının NH3 ilə reaksiyasından istifadə edir. Yan məhsul metanol, əlavə metil formiatı istehsal etmək üçün karbon monoksidlə işlənir.

Formamid metanamid adı ilə tanınır, formiat turşusundan əmələ gələn amiddir. Su ilə qarışdırıla bilən və ammonyak kimi  qoxuya malik olan şəffaf  mayedir. Dərman vasitələri, herbisidlər, pestisidlər və sianid  turşusu istehsalı üçün kimyəvi xammaldır. Kağız və lif üçün yumşaldıcı kimi istifadə edilmişdir. Bir çox ion birləşmələri üçün həlledicidir. Eyni zamanda qətranlar və plastifikatorlar üçün həlledici kimi istifadə edilir.

Fiziki xassələri: Molyar kütləsi 45.04 q/mol-dur. Yağabənzər rəngsiz mayedir. Sıxlığı 1.133 q/sm³-dur. Ərimə nöqtəsi 36-37 °C aralığındadır, qaynama temperaturu 210 °C-dir. Su ilə qarışır.

Tarixi alınma üsulu: Keçmişdə formamid, qarışqa turşusunun ammonyakla reaksiyası ilə alınırdı. Bu zaman ilk mərhələdə ammonium formiat əmələ gəlir, daha sonra qızdırıldıqda isə formamid verir:

HCOOH + NH3 → HCOONH4
HCOONH4 → HCONH2 + H2O

Formamid eyni zamanda etil formiatın aminolizi ilə də əmələ gəlir:

HCOOCH2CH3 + NH3 → HCONH2 + CH3CH2OH

Müasir alınma üsulu: Formamid istehsalı üçün hazırkı sənaye prosesi ammonyakın karbonilləşməsini əhatə edir:

CO + NH3 → HCONH2

Alternativ 2 mərhələli prosesə daxildir: Karbon monooksid və metanoldan əmələ gələn metil formiatın ammonolizi.

CO + CH3OH → HCOOCH3

HCO2CH3 + NH3 → HCONH2 + CH3OH

Kimyəvi xassələri: Formamid 180 °C-də karbon monooksid və ammonyaka parçalanır:

HCONH2 → CO + NH3

Qatı turşu katalizatorlarının iştirakı ilə formamid hidrogen sianidə (HCN)  qədər susuzlaşır:

HCONH2 → HCN + H2O

Formamidlər metanogenez tsiklində aralıq maddələrdir:

Biokimyada: Formamid, hazırda Yer üzündə alternativ bir həlledici olaraq təklif edilmişdir. Hidrogen sianidin hidrolizi nəticəsində əmələ gəlir. Böyük bir dipol momenti ilə həlletmə xüsusiyyətləri suyun xüsusiyyətlərinə bənzəyir. Formamid ultrabənövşəyi işığın iştirakı ilə qızdırıldıqda quanin izlərinə çevrildiyi göstərilmişdir.

Digər bütün üzvi birləşmələr kimi formamidin də dəri və gözlə təması məsləhət görülmür. Formamid aşağı kəskin toksikliyə malikdir.

 

Ədəbiyyat:

  1. https://www.pnas.org/content/112/49/15030
  2. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/f/formamide.html
  3. https://en.m.wikipedia.org/wiki/Formamide
59730login-checkFormamid

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon