Chemistry News

Asesulfam kalium

Molecule of the Week” layihəsi çərçivəsində Günel Əzimova tərəfindən yazılan məqalə: “Asesulfam Kalium”.

Ədəbiyyatdan məlumdur ki, süni dadlandırıcılar kalorisiz təbii şəkərin şirinliyini təmin edir. Bu dadlandırıcılar qida və içkiləri şirinləşdirmək üçün saxaroza əvəzinə istifadə olunur. Uzun müddətdir ki, istehlakçılar və qida istehsalçıları qidalarda saxarozanı əvəz etmək üçün pəhriz dadlandırıcılarına maraq göstərirlər. Elmə müxtəlif cür dadlandırıcılar məlumdur. Onlardan saxarin, asesulfam kalium, aspartam, neotam, sukrolaza kimi dadlandırıcıları xüsusilə qeyd etmək lazımdır. Həmçinin bu dadlandırıcılar insan sağlamlığına kəskin və xroniki şəkildə təsir göstərir. Bu süni dadlandırıcılar kalori mənbəyi olub-olmamasından asılı olaraq qidalandırıcı və qeyri-üzvi qidalandırıcı kimi təsnif olunurlar. Qeyri-üzvi qidalandırıcılar isə daha çox süni dadlandırıcı kimi tanınırlar.

Son zamanlarda geniş tətbiq olunan dadlandırıcılardan biri də asesulfam kalium maddəsidir.  Asesulfam kalium (eysisulfam kalium) tez-tez satışa çıxarılan, kalorisiz şəkər əvəzedicisidir. O, 6-metil 1,2,3-oksatiazin -4(3H) –bir 2,2-dioksidin kalium duzudur. Asesulfam kalium ağ kristal quruluşa malik, yüksək intensivlikli, qeyri-qidalandırıcı dadlandırıcı olub, kanserogen olmayan birləşmədir.

Fiziki xassələri: Molekul formulu C4H4KNO4S kimidir. Molyar kütləsi 201.24 q/mol-dur. Sıxlığı 1.81 q/sm3 kimidir. 225 0C-də qaynayır. Otaq temperaturunda suda 270 q/l həll ola bilir.

Xassələri: Asesulfam kalium təxminən dünyanın 90-dan çox ölkəsində məhsulların tərkibində istifadə olunur. O, orqanizmdə metabolizm olunmur və saxlanılmır. Heç bir dəyişikliyə uğramadan tez sorulur və sidiklə xaric olunur.  Asesulfam kalium saxarozadan (adi şəkər) 200 dəfə çox şirindir. Tez-tez digər dadlandırıcılarla qarışırlar. Asesulfam kalium saxarozadan daha kiçik zərrəcik ölçüsünə malikdir. Bu da onun digər dadlandırıcılarla qarışıqlarının daha vahid olmasına imkan verir. Aspartamdan fərqli olaraq, asesulfam kalium istilik altında, hətta orta dərəcədə turşu və ya əsasi mühitdə sabitdir, bu da onun çörəkçilikdə qida əlavəsi kimi istifadə olunmasına kömək edir. Asesulfam kalium uzunmüddətli almasına baxmayaraq, asetoasetamidə qədər parçalana bilir, hansı ki, bunun da yüksək dozaları zəhərlidir və siçovullarda, dovşanlarda, itlərdə qalxanabənzər vəzidə şişin böyüməsinə gətirib çıxarır. Üç ay müddətində yalnız 1% asetoasetamid yığılır.

Sintezi:

Kəşfi: Asesulfam kalium 1967-ci ildə Karl Klaus və Harald Jensen tərəfindən oxşar birləşmənin (5,6-dimetil-1,2,3-oksatiazin -4(3H) –bir 2,2-dioksid) təsadüfən kəşfindən sonra alınmışdır. Klaus 1975-ci ildə asesulfam kalium istehsalının bir prosesi üçün təyin edilmiş Birləşmiş Ştatlar patentində siyahıya alınmış ixtiraçıdır. Sonrakı tədqiqatlar eyni əsas halqa quruluşuna malik bir sıra birləşmələrin müxtəlif səviyyələrdə dadlandırıcı xassəyə malik olduğunu göstərdi. 6-metil-1,2,3-oksatiazin -4(3H)-bir 2,2-dioksid xüsusilə əlverişli dad xüsusiyyətlərinə malikdir və bu maddəni sintez etmək digərlərinə nisbətən daha asandır. Beləliklə, 1978-ci ildə adı Ümumdünya Səhiyyə Təşkilatında asesulfam-K kimi tanındı.

Tətbiqi: Asesulfam kalium süni dadlandırıcıların bütün tətbiq sahələrində istifadə olunur. Karbonatlı içkilərdə, demək olar ki, həmişə aspartam və ya sukraloza kimi başqa bir dadlandırıcı ilə birlikdə istifadə olunur. O, həmçinin protein kokteyllərində və əczaçılıq məhsullarında dadlandırıcı kimi istifadə oluna bilir. Asesulfam kaliumun tərkibində metilxlorid maddəsi vardır, hansı ki, bu da kanserogen maddə kimi tanınır. Bu da baş ağrısı, depressiya, ürəkbulanma, zehni çaşqınlıq, qaraciyər və böyrəklərdə problemlərə gətirib çıxarır.

Süni dadlandırıcıların insan sağlamlığına faydaları da vardır. Asesulfam kaliumun məqbul olaraq gündəlik qəbulu 15 mq götürülür. Bu maddə insan pəhrizində geniş istifadə olunur və böyrəklər tərəfindən xaric olunur. Asesulfam kaliumun digər adları kalium asesulfamat, 6-metil-1,2,3-oksotiyazin -4(3H)-bir-2,3-dioksidin kalium duzu və kalium 6- metil-1,2,3-oksatiazin-4(3H)-bir-3-ate-2,2-dioksiddir.

Asesulfam kalium heç bir kalori dəyəri olmayan şirin bir dad verir. Onun  dadlandırıcı kimi istifadəsinin bədən çəkisinə və ya bədən kütləsi indeksinə təsir etdiyinə dair bir sübut yoxdur.

 

Ədəbiyyat:

  1. Anushkkaran Periyasamy. Artificial Sweeteners. International Journal of Research & Review. Vol.6; Issue: 1; 2019, 120-128
  2. Christina R Whitehouse, Joseph Boullata, Linda Mccauley. The potential toxicity of artificial sweeteners. The potential toxicity of artificial sweeteners. AAOHN Journal. 2008; 56(6):251-259.
  3. Rencüzoğulları E, Tüylü BA, Topaktas M et al. Genotoxicity of aspartame. Drug and Chemical Toxicology. 2004;27(3):257-268.
  4. Zeynep Findikli, Sifa Turkoglu. Determination of the effects of some artificial sweeteners on human peripheral lymphocytes using the comet assay. Journal of Toxicology and Environmental Health Sciences. 2014; 6(8):147-153.
  5. Richard J. Lamont, Paul G. Egland. Dental caries. Molecular Medical Microbiology. London: ScienceDirect; 2015. 2145p.
  6. M. R., Diehl. V. Artificial sweeteners: Do they bear a carcinogenic risk? Annals of Oncology. 2004;15(1):1460-1465.
  7. Janny, Melva. Neotame – A powerful and safe sweetener. Hong Kong: Centre for Food Safety; 2010.
  8. Nofre C. C, Tinti J. M. Neotame: Discovery, properties, utility. Food Chemistry. 2000; 69(3):245-257.
  9. Sweeteners Holdings, Inc. Neotame [Internet]. 2002. [Retrieved July 8, 2007]. Available from neotame.com
  10.  Bassoli, L. Merlini, in Encyclopedia of Food Sciences and Nutrition (Second Edition), 2003
  11.  Yalamanchi, … A. Dobs, in Encyclopedia of Food and Health, 2016
  12.  Das, R. Chakraborty, in Encyclopedia of Food and Health, 2016
  13. Eliza Oprea, Ileana C. Farcasanu, in Sports and Energy Drinks, 2019
  14. Xiaoming BianLiang ChiBei GaoPengcheng TuHongyu Ru, and Kun Lu. The artificial sweetener acesulfame potassium affects the gut microbiome and body weight gain in CD-1 mice. PLoS One. 2017; 12(6): e0178426.
  15. Gardner C, Wylie-Rosett J, Gidding SS, Steffen LM, Johnson RK, Reader D, et al. Nonnutritive sweeteners: current use and health perspectives a scientific statement from the American heart association and the American diabetes association. Diabetes Care. 2012;35(8):1798–808. 10.2337/dc12-9002
  16. Suez J, Korem T, Zeevi D, Zilberman-Schapira G, Thaiss CA, Maza O, et al. Artificial sweeteners induce glucose intolerance by altering the gut microbiota. Nature. 2014;514(7521):181–6. 10.1038/nature13793
  17. Brown RJ, De Banate MA, Rother KI. Artificial sweeteners: a systematic review of metabolic effects in youth. Int J Pediatr Obes. 2010;5(4):305–12. 10.3109/17477160903497027
  18. Fowler SP, Williams K, Resendez RG, Hunt KJ, Hazuda HP, Stern MP. Fueling the obesity epidemic? Artificially sweetened beverage use and long-term weight gain. Obesity. 2008;16(8):1894–900. 10.1038/oby.2008.284
  19. Karstadt M. Inadequate toxicity tests of food additive acesulfame. Int J Occup Environ Health. 2010;16(1):89–96. 10.1179/107735210800546092
  20. https://en.wikipedia.org/wiki/Acesulfame_potassium

 

67830login-checkAsesulfam kalium

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon