🇦🇿
Bugün, CHEMinar layihəsi çərçivəsində Kamran müəllimin təqdimatı ilə “Metal Komplekslərdə Qeyri-Kovalent Qarşılıqlı Təsirlər” mövzusunda maraqlı vebinar baş tutdu. Vebinara ABŞ’da yaşayan Prof. Camal Musayevin də qoşulması maraqlı dialoqların yaranmasına səbəb oldu. Sonda iştirakçıların sualları Kamran Mahmudov tərəfindən cavablandırıldı.
Effektiv prezentasiyaya görə Kamran Mahmudova və vebinara qatıldıqlarına görə iştirakçıların hər birinə komandamız adından təşəkkür edirik. Ümid edirik ki, prezentasiyadan zövq aldınız. Zəhmət olmasa vebinarla bağlı rəylərinizi bizimlə bölüşün və gələcəkdə tədbirlərimizi yaxşılaşdırmağımıza kömək edin. Rəyləriniz bizim üçün dəyərlidir.
Söz verdiyimiz kimi sizinlə yüksək təcrübə və biliklərə malik, xüsusilə xaricdə yaşayan həmvətənlərimizin görüşlərini təşkil etməyə davam edəcəyik. Növbəti vebinarın vaxtı və qeydiyyatı barədə elan tezliklə saytımızda və sosial şəbəkə hesablarımızda paylaşılacaqdır. Vebinarlara qoşulmağınızı və faydalanmağınızı tövsiyə edirik. Zəhmət olmasa bunu maraqlı olan həmkarlarınıza çatdırmaqdan çəkinməyin.
Növbəti vebinarda görüşənədək.
🇬🇧
Today, as part of the CHEMinar project, a fabulous webinar titled “Noncovalent Interactions in Metal Complexes” was presented by Dr. Kamran Mahmudov. The joining of Prof. Jamal Musayev (USA) to the webinar led to interesting dialogues. At the end, the questions of the participants were answered by Dr. Kamran Mahmudov.
On behalf of our team, we would like to thank Dr. Kamran Mahmudov for his effective presentation and all the participants for attendance to the webinar.
We hope you enjoyed the presentation. Kindly share your feedback about the webinar and help us to improve our event in the future. Your feedback is precious for us.
As we promised, we will continue to organize meetings with our compatriots with high experience and knowledge, especially live in foreign countries. The announcement about next webinar will be shared soon on our website and social network accounts. We encourage you to join the webinars and take advantage. Please feel free to pass this along to colleagues who may be interested.
See you in our next event.