“Molecule of the Week” layihəsi çərçivəsində Nəzrin Qasımova tərəfindən yazılan məqalə: “Benzonitril”.
Benzonitril – kimyəvi birləşmənin ümumi formulu C6H5(CN)-dir.
Adlandırılması: IUPAC nomenklaturasına əsasən benzonitril, sistematik nomenklaturaya əsasən isə benzolkarbonitril adlandırılır.
İlk dəfə 1844-cü ildə Hermann Fellinq tərəfindən kəşf olunub. Belə ki, Fellinq benzonitrili ammonium benzoatı dehidratlaşdırmaqla əldə etmişdir.
Fiziki xassələri: Bu aromatik üzvi birləşmə şirin dada malikdir, badam qoxuludur, rəngsiz, yağlı bir mayedir. Suda az həll olur. Qaynama temperaturu 191°C, donma temperaturu isə -12,8°C-dir
Zəhərlidir, Benzonitrilin yüksək təsiri baş ağrısı, ürək bulanma, halsızlıq, başgicəllənmə, titrəmə, qıcolma, hətta, ölümə səbəb ola bilər. Benzonitril qaraciyər, böyrək və sinir sisteminə də mənfi təsir edir.
Alınması:
- 400-450°C-də toluolun ammonyak və oksigenlə reaksiyasından:
C6H5CH3 + 3/2 O2 + NH3 → C6H5(CN) + 3 H2O
2. Laboratoriyada CuCN iştirakı ilə benzamidin dehidratlaşmasından (Rosenmund-Vun-Braun reaksiyası):
Kimyəvi xassələri:
- Benzolnitrilin qələvi və yaxud turş mühitdə hidrolizindən Benzoy turşusu əldə edilir:
2. Benzonitrilin metilmaqnezium bromidlə reaksiyasından adduktlar əmələ gəlir. Adduktlardan isə asetofenonlar alınır:
Tətbiqi: Benzonitril kauçuklar, xüsusi laklar, qətranlar, polimerlər və metal duzlar üçün həlledici kimi istifadə olunur.
Ədəbiyyat:
- https://xumuk.ru/encyklopedia/529.html
- Benzonitrile – Wikipedia
- https://pubchem.ncbi.nlm.nih.gov/compound/benzonitrile
- https://www.sigmaaldrich.com/AZ/en/substance/benzonitrile10312100470