Chemistry News

Laborant-kimyaçı

Website "İstisu" Mineral Su Zavodu

“İstisu” müalicəvi sağlamlıq zonası 1928-ci ildə fəaliyyətə başlayıb. Bu gün “İstisu” mineral su zavodu özündə ən yaxşı keyfiyyət göstəricilərini və innovativ texnologiyaları birləşdirir.

Struktur bölmə: Laboratoriya

Əmək funksiyaları:

  • Mineral suyun keyfiyyətini təmin etmək məqsədilə fiziki, kimyəvi və mikrobioloji analizlərini həyata keçirmək; analiz nəticələrini dəqiq və vaxtında qeydə almaq;
  • Laboratoriya avadanlıqlarının düzgün işləməsini təmin etmək, texniki xidmətin göstərmək;
  • Avadanlıqların kalibrlənməsi işlərini və yoxlanılmasını həyata keçirmək;
  • Laboratoriya işlərini  standartlara uyğun aparmaq, müvafiq qaydalara riayət etmək;
  • Laboratoriya işlərinin standartlarını hazırlamaq və tətbiq etmək;
  • İstehsal prosesində istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinə nəzarət etmək;
  • Keyfiyyətlə bağlı problemləri aşkar etmək və müvafiq tədbirlər görmək;
  • Laboratoriyanın ehtiyat hissələrinin və materiallarının qeydiyyatını aparmaq;
  • Laboratoriya fəaliyyətinin nəticələri, analizlər və müayinələr üzrə hesabatlar hazırlamaq;
  • İstehsal prosesinin keyfiyyətini artırmaq üçün statistik analizlər aparmaq;
  • Zavodun Nizamnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

  • Təhsil: müvafiq sahədə ali təhsil;
  • İş stajı: müvafiq sahədə 1 il iş stajı;
  • Kompüter bilikləri: MS Office yüksək səviyyədə;
  • Xarici dil bilikləri: Rus dili – B1, İngilis dili – A2.

İş şəraiti:

  • İş yeri: Kəlbəcər rayonu, İstisu qəsəbəsi.
  • İş vaxtı: 9:00 – 18:00;
  • Şirkət tərəfindən 3 dəfə qidalanma;
  • Kəlbəcərdə yaşayış yeri;
  • Servis şirkət tərəfindən təqdim edilir. Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti;

Maraqlanan namizədlər öz CV-lərini hr@istisu.com elektron poçt ünvanına göndərə bilərlər.

To apply for this job email your details to hr@istisu.com