Chemistry News

Keyfiyyət üzrə mütəxəssis – ATS Food

  • Full Time
  • Baku

Website ATS Food

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəlikləri:

  • İstehsal prosesində və hazır məhsullar üzərində keyfiyyətə nəzarətin həyata keçirilməsi;
  • Xammal, qablaşdırma materialları və hazır məhsulların müəyyən edilmiş standartlara uyğunluğunun yoxlanılması;
  • Məhsul keyfiyyəti ilə bağlı laborator və ya vizual yoxlamaların aparılması;
  • Uyğunsuzluqların aşkar edilməsi, qeydə alınması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Keyfiyyət göstəricilərinin monitorinqi və müvafiq hesabatların hazırlanması;
  • İstehsal sahəsində sanitariya, gigiyena və keyfiyyət standartlarına riayət olunmasına nəzarət edilməsi;
  • Donuq məhsulların istehsalı, saxlanması və daşınması proseslərində keyfiyyət və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Yeni məhsullar üzrə sınaq istehsallarında iştirak etmək, məhsulun keyfiyyət göstəricilərini qiymətləndirmək və nəticələri sənədləşdirmək;
  • Donuq məhsullar üçün kritik nəzarət nöqtələrinin (CCP) monitorinqini həyata keçirmək;
  • Temperatur rejimlərinin və soyuq zəncir tələblərinin düzgün tətbiqinə nəzarət etmək;
  • Yeni layihə çərçivəsində hazırlanmış məhsulların spesifikasiyalarının, keyfiyyət standartlarının və texnoloji tələblərinin tətbiqində iştirak etmək;
  • Layihə üzrə xammal, yarımfabrikat və hazır məhsulların keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin etmək;
  • Donuq məhsulların saxlanma müddəti (shelf-life) və keyfiyyət stabilliyi ilə bağlı yoxlamalarda iştirak etmək;
  • Yeni layihə ilə əlaqədar keyfiyyət risklərinin müəyyənləşdirilməsi və preventiv tədbirlərin hazırlanmasında iştirak etmək;
  • Daxili audit və yoxlamalarda iştirak etmək;
  • Keyfiyyət idarəetmə sistemi üzrə sənədlərin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Məhsulun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı təkliflər vermək;
  • Şikayətlərin araşdırılması və korrektiv tədbirlərin icrasında iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Qida mühəndisliyi, Kimya, Biologiya, Biotexnologiya, Standartlaşdırma və sertifikatlaşdırma və ya digər uyğun ixtisaslar üzrə);
  • Keyfiyyətə nəzarət və ya keyfiyyət təminatı sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, ISO 22000, HACCP və s.) üzrə biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

İş Qrafiki:

  • 5 günlük qrafik
  • İş saatları: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir

Üstünlüklərimiz: 

  • Nahar
  • Servis
  • Könüllü tibbi sığorta

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Keyfiyyət üzrə mütəxəssis” başlığı ilə hr@atsfood.az elektron poçt ünvanına göndərə bilərlər.

To apply for this job email your details to hr@atsfood.az