Chemistry News

Niyə Acı Bibər Yedikdən Sonra Su İçməməliyik?!

Bir çox yeməklərimizin əsasını təşkil edən acı bibəri sevməyən yoxdur. Acı bibəri yediyimiz zaman ağzımızda istilik və yanma hissi əmələ gəlir. Bu hisslərin səbəbini kimya ilə açıqlamaq mümkündür. Bütün bunlara acı bibərin tərkibindəki rəngsiz və qoxusuz olan Kapsaisin (Capsaicin) maddəsi səbəb olmaqdadır. Kapsaisin maddəsinə bibər toxumlarının olduğu yerlərdə daha çox rast gəlinir.

İstilik və yanma hissinin qəbul edilməsində əsas rol TRPV1 reseptorlarının üzərinə düşür. TRPV1 reseptorlarının vəzifəsi orqanizmimizdəki hüceyrələrə zərər verə biləcək isti suyu, turşulu yeməkləri, isti yeməkləri və acı maddələri aşkar etməkdir. Acı bibər yediyiniz zaman kapsaisin molekulu TRPV1 reseptorlarına bağlanır və bu təsir neyronlar vasitəsilə beyinə ötürülür. Nə qədər çox acı bibər yesəniz o qədər çox kapsaisin molekulu dilinizdəki reseptorlara bağlanar və o qədər çox acı hiss edərsiniz. Beyində isə kapsaisin ağrı, sancı olaraq qəbul edilir və orqanizmdən atılası maddə olaraq müəyyən olunur. Orqanizminizdən uzaqlaşdırmaq lazım olduğunu isə gözlərinizin yaşarması, tərləməniz və bəzən də asqırmağınızla göstərər.

Bəs niyə istilik və yanma hissini azaltmaq üçün su içməməliyik?!

Kapsaisin uzun bir karbohidrogen zəncirindən əmələ gəlmişdir. Bu xüsusiyyət kapsaisinin qeyri polyar quruluşa malik olduğunu göstərir. Su isə polyar quruluşa malik maddədir. Əgər acı bibər yedikdən sonra su içsəniz, bu maddələr bir-birində həll olmadığından, su ağzınızdakı kapsaisini daha çox dağıdacaq və acı hissini biraz daha artıracaqdır. Buna görə də acı bibər yedikdən sonra qəbul edilməsi lazım olan qidada qeyri polyar maddələr olmalıdır ki, kapsaisin onda həll olsun və təsirini itirsin. İçərisində qeyri polyar maddə olan içkilərə misal olaraq südü göstərmək olar. Acı bibər yedikdən sonra süd içsəniz rahatlıq hiss edəcəksiniz.

7030login-checkNiyə Acı Bibər Yedikdən Sonra Su İçməməliyik?!
wpChatIcon