Chemistry News

Yohimbin

Molecule of the Week” layihəsi çərçivəsində Tuncay İmanlı tərəfindən yazılan məqalə: “Yohimbin”.

Ağac qabığı çox zəngin kimyəvi maddə mənbəyidir. Ağac qabığından müxtəlif məhsullar əldə edilə bilər. Bunlardan biri kimi də yohimbini misal gətirə bilərik. Yohimbin Pausinytalia johimbe, Rauvolfia serpentina ve Alchornea floribunda kimi ağacların qabıqlarında təbii olaraq rast gəlinir. Rauvolfia serpentina L. və Apocyanaceae kimi bitkilərin köklərində də var. Bu növlərin yetişdiyi cənubi Asiya və Afrikada yerli xalq tərəfindən qədimdən  qüvvətverici olaraq istifadə edilmişdir. Bu gün isə şəkərli diabet xəstəliklərinin müalicəsində istifadə olunmaqdadır. Stanford Universitetinin fizioloqları və Kanadanın Queensland Universitetinin tədqiqatçıları bu birləşmə haqqında geniş araşdırmalar aparmışlar.

Yohimbin C21H26N2Okimyəvi formuluna malik birləşmədir. Molekul kütləsi 354.450  təşkil edir. Həmçinin ‘quebrachine’ olaraq da bilinir. Bərk aqreqat halında olan bu birləşmənin ərimə temperaturu 241 °C təşkil edir. Parıltılı və ağ toz formasında rast gəlinir. Etanol, xloroform və isti benzolda həll olur. Suda və efirdə az həll olur, suda həll olunmasını artırmaq üçün adətən xlorid turşusu ilə duzlanır. Sərin yerdə saxlanmalı və işıqdan qorunmalıdır.

Yohimbin indol halqasına malik birləşmədir, ona görə də ona indol alkaloid deyirlər. Daha dəqiq desək indolalkilamin alkaloididir. Ümumiyyətlə rəngsiz, bərk kristal olan indol halqasına təbiətdə bir çox maddədə rast gələ bilərik.

Yohimbin α2 adrenerjik antaqonist (yəni bu qrup simpatik sinir sisteminə  təsir göstərən dərmanlardır), serotonerjik antaqonist və dopamin reseptoru D2 antaqonisti roluna malikdir və müxtəlif tədqiqat layihələrində istifadə edilmişdir. Eyni zamanda itlər, marallar və atlarda müxtəlif məqsədlər üçün istifadə olunan baytarlıq dərmanıdır. Yohimbe ağacından çıxarıldığı iddia edilən maddələr pəhriz əlavələri olaraq satılır, lakin onlar tərkiblərində çox dəyişkən miqdarda yohimbin ehtiva edir.

Bu birləşmə, yohimbe ilə qarışdırılmamalıdır. Yohimbe P. johimbe ağac növünün tanınmış ingiliscə olan adıdır. Bunun əksinə olaraq yohimbin yohimbe qabığından ayırıla bilən saf bir alkaloiddir. Yohimbin, qabıqdan ayrılmış ən az 55 indol alkaloiddən sadəcə biridir və demək olar ki, bunların ən aktivi olaraq tanınır. O, bütün alkaloid tərkibinin sadəcə 15%-ni təşkil edir. Digərlərinə rauvolscine, corynanthine ve ajmalicine aid edilə bilər. Qabıqda eyni zamanda haqqında heç bilinməyən alkaloidlər də ola bilər. Beləliklə, yohimbe kompleks bir qarışıq olmasına baxmayaraq saf birləşmə olan yohimbindən daha az tədqiq edilmişdir. Əczaçılıq əhəmiyyəti olan  yohimbin adətən daha çox həll olunan hidroxlorid kimi təqdim olunur.

Yohimbin noradrenerjik sistemdə avtoreseptor olaraq iş görən α2 reseptorlarının antoqonistidir. Bu reseptorların təsiri adrenalinin miqdarını artırır. Bu da PB (Paucibacillary) xəstələrində narahatlıq (anksiyete) əlamətlərinin, ürək döyüntüsünün və kortizol səviyyəsinin artmasına səbəb olur. Periferik qan damarlarına təsiri daha zəif və qısa müddətli olsa da, reserpinə bənzəyir.

Yohimbe ve alt qrupu yohimbin qısa müddətli aclıq zamanı yağ itirmək üçün istifadə edilən yağ yandıran birləşmədir. Eyni zamanda yohimbin bədəndəki adrenalin səviyyəsini artırır. Bu maddənin təsirlərindən biri kimi də qida qəbulunun qarşısını almağı misal gətirə bilərik.

Alınması:

Yuxarda da qeyd edildiyi kimi yohimbin Pausinytalia johimbe, Alchornea floribunda kimi ağacların qabıqlarından, Apocyanaceae bitkisinin kökündən, Rauvolfia serpentina L. ağacının isə həm qabığından, həm də kökündən təbii olaraq alınır. Yohimbe ağacından alınan alkaloidlərin miqdarı isə ağacın hansı hissəsindən (qabıq, kök, təpə hissəsi) alınmasından asılı olaraq dəyişir. Kimyəvi olaraq isə yohimbin yohimbin turşusundan (C20H24N2O3) alınır.

Tətbiqi:

Yohimbin, ksilazinin itlərə və marallara təsirini ləğv etmək üçün baytarlıqda istifadə olunan bir dərmandır. Tədqiqat reagenti kimi də istifadə olunur.

Yohimbenin aktiv maddəsi olan yohimbinin fobiyalarla əlaqədar narahatlıqların müalicəsində effektivliyi ilə bağlı müxtəlif dəlillər mövcuddur. Bəzi araşdırmalar, terapiya ilə birlikdə narahatlığı yaxşılaşdırmadığını göstərir. Yohimbinin erektil disfunksiya (ED) üçün faydalı ola biləcəyinə dair sübutlar var. Qan təzyiqinə olan təsirindən danışdıqda isə onu aşağı saldığı müəyyən edilmişdir.

 

Əbəbiyyat:

  1. https://www.mustafaaltinisik.org.uk/89-1-02.pdf
  2. https://dergipark.org.tr/tr/download/article-file/195838
  3. https://jag.journalagent.com/kpd/pdfs/KPD_10_80_3_13.pdf
  4. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Yohimbine
  5. https://www.chemicalbook.com/ChemicalProductProperty_EN_CB4129677.htm
  6. https://inchem.org/documents/pims/pharm/yohimbin.htm
62610login-checkYohimbin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon