“Molecule of the Week” layihəsi çərçivəsində Zərnigar Cəfərzadə tərəfindən yazılan məqalə: “Sirinqol”.
Ümumi formulu: C8H10O3
Beynəlxalq nomenklatura ilə adı: 2,6 dimetoksifenol
Fiziki xassələri: Molyar kütləsi 154,16 q·mol-1. Qaynama temperaturu -261 °C. Ərimə temperaturu -56,5 °C. Suda az həll olur.
Sirinqol təbii olaraq meydana gələn aromatik üzvi birləşmədir. Pirohallolun dimetil efiridir.
Sirinqol liqninin piroliz məhsuludur. Oduncaq və kömür tüstüsünün tərkib hissəsidir. O, hisə verilmiş və qızardılmış qidaların əsas aroma mənbəyidir və sintetik his kimi istifadə olunur. Quruluş olaraq “syringa vulgaris”dən (adi yasəmən) izolə olunmuş qlikozid olan sirinqinə bənzəyir.
Piroliz nefti, oduncaq biokütləsindən əldə edilən bioyanacaq əlavə məhsul kimi sirinqol əldə etmək üçün optimallaşdırıla bilər və potensial olaraq neft törəməli fenollara olan tələbatın yerini ala bilər. Tədqiqatlar göstərir ki, bu birləşmə kontrplak üçün tez-tez istifadə olunan, suya davamlı yapışdırıcı olan fenol formaldehid qatranını əvəz edə bilər.
Ədəbiyyat:
- https://pubchem.ncbi.nlm.nih.gov/compound/2_6-Dimethoxyphenol
- https://en.wikipedia.org/wiki/Syringol
- https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/s/syringol.html