“Molecule of the Week” layihəsi çərçivəsində Çinarə Fərəcova tərəfindən yazılan məqalə: “Pirasetam”.
Molekul formulu: C6H10N2O2
Farmakoterapevtik qrupu: nootropiklər
Molyar kütləsi: 142,156 q/mol
IUPAC: 2-okso-1-pirolidinasetamid
Pirasetam nootropik dərman qruplarına aiddir. İlk dəfə 1964-cü ildə rumuniyalı kimyaçı və psixoloq Corneliu E.Giurgea tərəfindən sintez edilmişdir. Kimyəvi cəhətdən o, pirolidonun və ɣ-aminobutirik turşusunun (GABA) tsiklik törəməsidir.
Pirasetam öyrənmə qabiliyyəti, yaddaş, diqqət və zehni performans kimi idrak funksiyalarını yaxşılaşdırmaq üçün beyinə təsir edən nootrop agentdir. Qlükoza istifadəsini artırır.
Mərkəzi sinir sisteminə təsir mexanizmləri: beyində həyəcanın yayılma sürətinin dəyişməsi, sinir hüceyrələrində metabolik proseslərin artması, qanın reoloji xüsusiyyətlərinə təsir göstərərək mikrosirkulyasiyasının yaxşılaşması, vazodilatlayıcı təsir göstərir. Serebral yarımkürələr arasında əlaqəni və neokortikal strukturlarda sinaptik keçiriciliyi yaxşılaşdırır, trombositlərin aqreqasiyasını azaldır və eritrosit membranının elastikliyini bərpa edir, eritrositlərin yapışmasını azaldır. Pirasetam hipoksiya səbəbi ilə beynin disfunksiyası halında qoruyucu və bərpaedici təsir göstərir. İnteqrativ beyin fəaliyyətini yaxşılaşdırır. Sakitləşdirici və psixostimulyasiya edən təsir göstərmir.
Pirasetam monopereparat kimi vestibulyar neyronitin şiddətini azaltmaq üçün kortikal miyokloniyanın kompleks müalicəsinin bir hissəsi kimi istifadə olunur. Bədənə daxil olduqda müxtəlif orqan və toxumalara o cümlədən beyin toxumasına nüfuz edir. Praktik olaraq metabolizə olunmur.
Göstəriciləri:
-Yaddaşın pozulması
-Başgicəllənmə, emosional labillik, serebrovaskulyar qəza (işemik insult), beyin travması
-Alzeymer xəstəliyi
-Xroniki alkoqolizm
-Damar, travmatik və ya zəhərli mənşəli koma
-Qeyri-adekvat öyrənmə
-Oraq hüceyrəli anemiya
Əks göstərişlər:
Pirasetam və pirolidon törəmələrinə qarşı yüksək həssaslıq, kəskin serebrovaskulyar qəza, xroniki böyrək çatışmazlığı, həyəcanlı depressiya.
Ədəbiyyat:
- https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6741724/
- https://europepmc.org/article/pmc/pmc6741724
- https://en.wikipedia.org/wiki/Piracetam