Chemistry News

Eritromisin

Molecule of the Week” layihəsi çərçivəsində Zərnigar Cəfərzadə tərəfindən yazılan məqalə: “Eritromisin”.

Kəşfi: 1949-cu ildə Filippinli alim Abelardo Aquilar öz həyətində bir bakteriya növündən alınan antibiotik kəşf etdikdən sonra şöhrət qazandı. Dr. Abelardo Aquilar öz həyətində torpaq nümunələrində təcrübə apararkən bu gün universal olaraq istifadə edilən geniş spektrli antibiotik olan eritromisinin kəşfinə səbəb olan bakteriya növünü müəyyən etdi.

14 üzvlü makrolidlərin ilk nümayəndəsi olan eritromisin bu qrupun ən vacib birləşmələrindən biridir. Streptomises eritreusdan A, B, C növləri olaraq əldə edilir. Tibbdə 90% olaraq eritromisin A istifadə edilir.

Birləşmə       R1             R
Eritromisin A     CH3        OH
Eritromisin B     CH3          H
Eritromisin C      H        OH

Eritromisin molekulunda 3 funksional qrup var: makrotsiklik lakton, keton qrupu, amino-dezoksiqlükoza qrupu.

Eritromisin geniş spektrli, antibakterial aktivliyə malik makrolid antibiotikdir. Eritromisin bakterial hüceyrə membranı vasitəsilə yayılır və bakterial ribosomun 50S subvahidinə birləşə bilir. Beləliklə, bakterial protein sintezinə maneə törədir. Eritromisin dərmanın infeksiya yerindəki konsentrasiyasından və orqanizmin həssaslığından asılı olaraq bakteriostatik və ya bakterisid təsirli ola bilər.

Makrolid antibiotikləri müxtəlif kardiotoksiklik səviyyələrinə malikdir. Eritromisin daha çox istifadə edilən makrolid antibiotikləri arasında ən yüksək kardiotoksiklik riskini daşıyır.

Empirik formulu: C37H67NO13

Fiziki xassələri: Eritromisin A – iysiz, acı dadlı, ağ rəngli bərk maddədir. Molyar kütləsi 733,9 q·mol-1 –dur. Suda az həll olur.

Tətbiqi: Eritromisin bədəndə yayılmış infeksiyaların müalicəsi və qarşısının alınması üçün istifadə olunur. Bu infeksiyalara tənəffüs yollarının və dərinin infeksiyaları daxildir; angina, faringit, laringit, civzə. Penisilinə alergiyası olan xəstələr üçün əvəzedici dərman olaraq da təyin edilir. Həmçinin eritromisin yeni doğulmuş körpədə konyuktivitə,  pnevmaniyaya və hamiləlikdə meydana gələn urogenital infeksiyalara səbəb olan xlamidiya traxomatis müalicəsində istifadə edilir.

Əks göstərişlər:
– preparata qarşı yüksək həssaslıq;
– qaraciyərin ağır funksional pozğunluqları.

Əlavə təsirlər:
– iştahanın azalması;
– ürəkbulanma;
– qusma;
– qarın ağrısı;
– diareya;
– allergik reaksiyalar.

 

Ədəbiyyat:

  1. https://multiculturalmuseums.org/english-blog-version-teachers/dr-aguilars-antibiotic-discovery-in-the-philippines
  2. https://acikders.ankara.edu.tr/pluginfile.php/144684/mod_resource/content/1/Makrolidler.pdf
  3. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Erythromycin
62680login-checkEritromisin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon