Chemistry News

Diazot Tetraoksid

Molecule of the Week” layihəsi çərçivəsində Turan Alışlı tərəfindən yazılan məqalə: “Diazot Tetraoksid”.

Diazot tetraoksid ümumi formulu N2O4 olan kimyəvi birləşmədir. Diamaqnitdir.  Bu maddəni bir-birinə bağlı iki Nitro qrup (-NO2) kimi də qəbul etmək olar. Diazot tetraoksid Azot dioksid (NO2) ilə tarazlıqda olan qarışıq əmələ gətirir. N2O4 maye halda rəngsizdir. Lakin qarışıqda NO2 olduqda rəng sarı görünür.

N2O4 ⇌ 2 NO2

Temperatur artdıqca tarazlıq NO2-ə tərəf yönəlir və qarışığın rəngi tündləşir:

Mr=92.011 q/mol, Sıxlıq=1.44246 q/cm3Tər= – 11.2 °C, Tq=21.69 °C

N2O4 su ilə reaksiyaya daxil olduqda Nitrit və Nitrat turşuları alınır. N2O4 yaxşı oksidləşdirici və nitratlaşdırıcı reaktivdir:

Li + N2O4 → LiNO3 + NO

Alınması:

İlk mərhələdə ammonyak katalitik oksidləşərək azot monooksidə çevrilir:

4 NH3 + 5 O2 → 4 NO + 6 H2O

Alınan NO daha sonra Azot dioksidə oksidləşdirilir və NO2 dimerləşərək N2O4 alınır:

2 NO + O2 → 2 NO2

2 NO2 ⇌ N2O4

Diazot tetraoksid misin qatı nitrat turşusu ilə reaksiyasından da alına bilər. Bu reaksiya laboratoriya şəraitində edilir. Nitrat turşusunun bəzi metallarla reduksiya məhsulu turşunun qatılığından, oksigenin mövcudluğundan və digər amillərdən asılı olaraq müxtəlif azot oksidləri ola bilər. Reaksiyadan NO2 alındıqda getdikcə qatılaşaraq N2O4-ə çevrilir.

Tətbiqi:

Azot tetraoksid otaq temperaturunda maye halda saxlana bildiyi üçün ən əhəmiyyətli raket itələyicilərinin birində oksidləşdirici olaraq istifadə edilir. Hidrazin əsaslı raket yanacağı ilə birlikdə Hiperqolik itələyicidir. Hiperqolik yanacaq iki komponentin bir-biri ilə təmasda olduqda qəfildən alovlanma qabiliyyətinə malik olan yanacaqdır. Müasir kosmik gəmilərdə hiperqolik yanacaq olaraq asimmetrik dimetil hidrazin və diazot tetraoksiddən istifadə olunur. “Apollo-Moon” missiyaları zamanı kosmik gəmidə hərəkət sistemi var idi. Bu sistemdən  kosmik gəminin sürətini dəyişdirmək, enmə və qalxma zamanı gəminin orbitini dəyişdirmək üçün istifadə edilirdi. Seçilən yanacaq maye qarışığı N2O4 və hidrazin törəmələri idi. Diazot tetraoksid güclü oksidləşdirici olduğu üçün hidrazin törəmələrinin dərhal oksidləşərək yanmasına səbəb olur:

5 N2O4 + 4 CH3-NH-NH2  9 N2 + 12 H2O + 4 CO2

Reaksiya çox ekzotermikdir və işləyərkən temperatur artır. Təhlükəsizlik çox vacibdir yanacaqlar açıq şəkildə olmamalıdır. Me-NH-NH2 çox zəhərlidir.

24 iyul 1975-ci ildə “Apollo-Soyuz” kosmik missiyası test uçuşundan sonra yerə eniş etdikdə N2O4 üç ABŞ astronavtına təsir etdi. Bunun səbəbi, təsadüfən yanlış vəziyyətdə buraxılan bir keçid idi, bu da kabinəyə təmiz hava girişi açıldıqdan sonra N2O4 tüstüsünün kabinə girməsinə icazə verən idarəetmə itələyicilərinin işə düşməsinə səbəb oldu. Bir ekipaj üzvü enmə zamanı huşunu itirdi. Eniş etdikdən sonra, ekipaj üzvləri kimyəvi maddələrin səbəb olduğu sətəlcəm və şiş səbəbiylə beş gün xəstəxanada qaldı.

 

Ədəbiyyat:

  1. Dinitrogen tetroxide – Wikipedia
  2. CATHERINE E. HOUSECROFT AND ALAN G. SHARPE Inorganic chemistry book
63000login-checkDiazot Tetraoksid

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon