Chemistry News

Akarboza

“Molecule of the Week” layihəsi çərçivəsində Tuncay İmanlı tərəfindən yazılan məqalə: “Akarboza”.

Akarboza azotla əlaqəli tetrasaxarid törəməsidir. Əsasən dərman maddəsi kimi istifadə olunan akarboza (və bənzərləri) 1970-ci ildə Bayer AG-nin tədqiqatçıları tərəfindən araşdırılmalar zamanı tapılmışdır və buna görə onlar ABŞ və Alman patentlərinə layiq görülmüşdülər. 1990-cı ildə dərman vasitəsi kimi satılmağa başlanmışdır. Ümumi formul C25H43O18 kimidir. Rəngi kirli ağdır və toz formasında rast gəlinir. Adının sinonimləri: askarboza, qlükobay, prekoza. Suda yaxşı, metanolda qismən həll olur. Metilenxloriddə praktiki olaraq həll olmur. Ərimə temperaturu 165-1700C-dir.

Akarboza alfa qlükozidaz inhibitorlarından biridir. Alfa-qlükozidaz inhibitorları 1α-qlükozidazların rəqabətə davamlı inhibitorlarıdır. Onlar karbohidratların udulmaması (adsorbsiya edilməməsi) üçün karbohidratları daha kiçik hissəciklər olan qlükozaya parçalayan fermentlərdir.

 

Alınması:

Ticarətdə akarbozanın istehsalı yalnız ‘Actinoplanes’ cinsindən olan mikroorqanizmlərlə mikrobial fermentasiyası yolu ilə həyata keçirilir.

Sənayedə istehsal prosesi  7 mərhələdən ibarətdir, aşağıdakı sxemdə bu mərhələlərin təsvirini görə bilərsiniz.

Biosintez yolu ilə alınma:

Akarboza diabetə qarşı istifadə olunan çox geniş yayılmış dərman vasitəsi olmasına baxmayaraq biosintezi hələ tam kəşf edilməyib. Biosintez iki hissədən ibarətdir: tsiklik alt sahə bölməsi və deoksi şəkər (yəni karbon atomlarından az sayda oksigeni olan şəkər). Tsiklik alt sahə vahidinin sintezində ilk addım sedoheptuloza-7 fosfatın tsiklləşməsidir. Sedoheptuloza-7 fosfat hər canlı üçün NADH (nikotinamid adenin dinükleotid-koenzimdir) yaradan və karbohidratları bir-birinə çevirən proses olan pentoz fosfat yolundakı məhsuldur. Tsiklləşmə AcbC fermenti tərəfindən kataliz edilir və reaksiyadan 2-epi-5-epi-Valiolon əmələ gəlir. Sonrakı mərhələlərdə fosforlaşma, epimerləşmə, keto qrupunun hidroksil qrupuna daxil olunması gedir və sonda NDP-1 epi valienol-7 fosfat  əmələ gəlir. Biosintezin ikinci hissəsi olan deoksi şəkər D-qlükozadan sintez olunur:

Tətbiqi:

Akarboza əsasən tibbdə diabet və prediabet xəstəliklərinin müalicəsində istifadə olunur. Akarboza azot saxlayan psevdotetrasaxariddir. O, bağırsaqdakı daha böyük karbohidratlardan qlükozanın enzimatik sərbəst buraxılmasının qarşısını alır. Akarboza həm qlükoamiloza, həm də saxaroza inhibitorudur. Nişasta, saxaroza və maltozanın udulmasını yavaşladır. Bu proses bağırsaq traktında əmilən şəkər miqdarını azaldaraq, həmçinin qanda qlükoza və insulin səviyyələrində artımını məhdudlaşdıraraq şəkərli diabetin müalicəsinə kömək edir. Akarboza tip 2 diabetli xəstələrdə qan şəkəri səviyyəsinin idarə olunması üçün dünya miqyasında fərqli ticarət adları ilə satışdadır. ABŞ-da nadir hallarda istifadə olunur, çünki bir sıra əks təsirləri vardır. Ancaq Çində populyardır. Kimyaçı Daniel C. Whitehead, mikrobioloq Kristi Whitehead və Clemson Universitetindəki (SC) həmkarları, akarbozanın insan mikrobiomundakı bakteriya populyasiyalarını dəyişdirmək üçün istifadə edilə biləcəyini nümayiş etdirdilər. Akarbozanın həqiqi mikrobioma üzərində hansı təsirinin olduğu hələ göstərilməsə də, Daniel Whitehead ‘Bu çalışma həqiqətən kiçik bir molekulun nişastadan istifadə sistemini dayandıra biləcəyinə dair konsepsiyanın sübutudur’ deyirdi.

 

Ədəbiyyat:

  1. https://www.chemicalbook.com/chemicalproductproperty_en_cb2253114.htm
  2. https://www.chemie.tu-darmstadt.de/media/ak_fessner/damocles_pdf/2010_1/Acarbose-archiv.pdf
  3. https://www.sciencedirect.com/sdfe/pdf/download/eid/3-s2.0-B9780444537171002560/first-page-pdf
  4. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/a/acarbose.html
  5. https://go.drugbank.com/drugs/DB00284
  6. https://www.konsultasyon.net/alfa-glukosidaz-inhibitorleri/
52080login-checkAkarboza

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon