Chemistry News

Ağ fosfor bombasının təsirləri

Ağ fosfor bombası əsasən iki yolla yaralanmalara səbəb olur: Yanma və buxar tənəffüsü.

Fosfor havada yandığı zaman ilk olaraq fosfor pentaoksid əmələ gəlir (P4O10 formasında mövcud olur):

P4 + 5 O2 → P4O10

Fosfor pentaoksid yüksək dərəcədə hiqroskopik olduğu üçün qısa müddət ərzində yetərincə nəm udaraq fosfat turşusunu əmələ gətirir:

P4O10 + 6 H2O → 4 H3PO4

Fosfor dumanının tənəffüs edilməsi ciyərlərdə ani yaraların əmələ gəlməsinə və tənəffüs edən adamın havasızlıqdan boğulmasına yol açır. Sonrakı mərhələdə isə insan bədəni içdən çölə doğru yanmağa başlayır. Çox vaxt ağ fosforla yanan adamın paltarlarında iz meydana gəlmir, yanma bədənin daxilindən dəriyə qədər davam edir. Ağ fosfor istifadə edildikdən sonra çəkilən şəkillər sümüklərinə qədər yanmış, ancaq paltarlarına heçnə olmamış qurbanlar bunu bir daha sübut edir. Yanma reaksiyası başladığı zaman dayandırıla bilmir. Təsirləri napalm bombasının eynisi, hətta daha pisidir.

Ağ fosforun istifadəsi dəri yanıqları ilə yanaşı qaraciyər, ürək və böyrəklərə də təsir edə bilir. Bu bomba, vücuda dəridən nüfuz edərək dəhşətli dərəcədə yanmaya səbəb olan çox təhlükəli bir silahdır.

Ağ fosforun piroforik təbiəti səbəbi ilə nüfuz edən yaralanmalar dərhal yaranı su, nəm parça və ya palçıqla boğaraq qəlpələr çıxarılana qədər oksigendən təcrid etməklə müalicə olunur. Əmələ gələn fosfat turşusunu neytrallaşdırmaq üçün yaraya bikarbonat məhlulu vurulur, daha sonra görünən hissələr çıxarılır. Lüminessent (işıq saçmaq) olduqları üçün qaranlıq yerlərdə daha aydın müşahidə olunurlar.

Ağ duman əsasən aerozol formada fosfor pentaoksiddən ibarətdir. Kiçik konsentrasiyaları adətən zərərsizdir, lakin yüksək konsentrasiyalarda duman gözlərin, burunun selikli qişasının və tənəffüs sisteminin daimi qıcıqlanmasına səbəb ola bilər. Duman qapalı yerlərdə daha təhlükəlidir. Belə ki, o, qapalı yerdə boğulmaya və tənəffüs sisteminin daimi zədələnməsinə səbəb ola bilər. Ağ fosfor dumanı üçün təyin edilən “Minimum Risk Level” 0.02 mg/m3-dir.

37220login-checkAğ fosfor bombasının təsirləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon