Chemistry News

Lofin

Molecule of the Week” layihəsi çərçivəsində Günel Əzimova tərəfindən yazılan məqalə: “Lofin”.

Molekulyar formulu C21H16N2

Molekul kütləsi 296,4 q/mol

Başqa sözlə, 2, 4, 5 –trifenil -1H-imidazol adlanır. C21H16N2 birləşməsi 1877-ci ildən elmə məlumdur. Lofinin 36 törəməsinin kristal quruluşu məlum olsa da, əsas birləşmənin quruluşu indiyə qədər məlum deyildi. İmidazol nüvəsinə bağlanmış üç fenil halqası sonuncu ilə eyni deyil, 2-, 4-dəki fenil halqa müstəviləri arasında müvafiq olaraq 21.4 (3), 24.7 (3) və 39.0 (3)° dihedral bucaqlara malikdir. Hidrogen rabitəsi üçün akseptor və donor atomları olsa da, digər lofin törəmələrindən fərqli olaraq kristalda belə qarşılıqlı təsirlər aşkar edilmir.

Son zamanlarda heterotsiklik imidazol törəmələri unikal optik xassələrinə görə böyük diqqəti cəlb etmişdir. Bu birləşmələr çoxməqsədli analitik alətlər kimi kimyada çox mühüm rol oynayır.

Sintezi: 1 mmol benzil, 1 mmol benzaldehid və 1,2 q ammonium asetat buzlu sirkə turşusunda (16 ml) qaynadılaraq həll edilir və 5-24 saat geri soyudulur. Reaksiyanın inkişafı TLC ilə görüntülənir. Reaksiya bitdikdən sonra reaksiya qarışığı buzlu suya tökülür, sonra NaHCO3 ilə yuyulur və bir neçə dəfə ardıcıl yuyulur. Ekstraktlar MgSO4 üzərindən qurudulur. Təmizləmə kolonka xromatoqrafı ilə yerinə yetirilir. Birləşmə 46% çıxımla alınmışdır.

Lofin flüoressens (FL) və xemilüminessens (CL) birləşməsidir. Bu üzvi birləşmənin xemilüminessensiyası ilk dəfə olaraq 1877-ci ildə Radziszevski tərəfindən müəyyən olunmuşdur. O göstərdi ki, lofin oksigenlə reaksiyaya girəndə ətrafa sarı işıq saçır. Bundan sonra çoxlu lofin törəmələri sintez olunub və flüoressens, xemilüminessens, ultrabənövşəyi xassələri ətraflı şəkildə öyrənilib. Son zamanlarda bəzi lofin törəmələri luminol CL-nin gücləndiricisi kimi tapılmışdır və CL-də substratların təyini üçün istifadə edilmişdir. Demək olar ki, lofin törəmələrinin ən üstün xüsusiyyəti amin, fenol və karboksilik turşuları üçün flüerent reagenti kimi istifadə olunmasıdır.

Çoxlu eksperimentlər əsasında müəyyən olunmuşdur ki, lofin CL-nin mexanizmi aşağıdakı kimidir:

  1. Lofin hidroper oksidin iştirakı ilə oksigenlə oksidləşdirilir;
  2. Peroksiddən həyəcanlandırılmış vəziyyətdə diaroylamidinlər dioksaetan strukturu vasitəsilə formalaşır.

Lofinin xemilüminessens reaksiyası yuxarıda verilmişdir.

 

Ədəbiyyatlar:

  1. Kenichiro Nakashima. Lophine derivatives as versatile analytical tools. Biomedical Chromatography. 04 April 2003
  2. Yagi K, Soong CF and Irie M. Journal of Organic Chemistry 2001; 66: 5419.
  3. Sun Y, Wada M, Kuroda N, Hirayama K and Nakashima K. Analytical Sciences 2001; 17: 697
  4. Sun Y, Nakashima MN, Takahashi M, Kuroda N and Nakashima K. Biomedical Chromatography 2002; 16: 319.
  5. K. Feng, F.-L. Hsu, Van DerVeer, K. Bota, X.R. Bu, J. Photochem. Photobiol. A 165 (2004) 223
  6. Terianne Hamada, TammyLe, Matthew J.Voegtle, Bryan Doyle, Jarred Rimby,Ralph Isovitsch. Synthesis, photophysical and computational studies of two lophine derivatives with electron-rich substituents in the 2-position. Journal of Molecular Structure Volume 1130, 15 February 2017, Pages 284-290
  7. Elitsa Pavlova, Stefka Kaloyanova, Todor Deligeorgiev&Nedyalko Lesev. Synthesis and physicochemical properties of novel lophine derivatives as chemiluminescent in vitro activators for detection of free radicals. European Biophysics Journal volume 44, pages623–634 (2015)
  8. M. Alikarami, M. Amozad. One-pot synthesis of 2,4,5-trisubstituted imidazole derivatives catalyzed by btppc under solvent-free conditions. 2017, DOI: 10.4314/bcse.v31i1.16
  9. T. Ichibangase,Y. Ohba,N. Kishikawa,K. Nakashima,N. Kuroda. Evaluation of lophine derivatives as L-012 (luminol analog)-dependent chemiluminescence enhancers for measuring horseradish peroxidase and H2O2. 30 April 2013
  10. Majid M. Heravi, Mansoureh Daraie& Vahideh Zadsirjan. Current advances in the synthesis and biological potencies of tri– and tetra-substituted 1H-imidazoles. Molecular Diversity volume 19, pages577–623 (2015)
  11. Marcelo V. Marques, Marcelo M. Ruthner, Luiz A. M. Fontoura, Dennis Russowsky. Metal Chloride Hydrates as Lewis Acid Catalysts in Multicomponent Synthesis of 2,4,5-Triarylimidazoles or 2,4,5-Triaryloxazoles. J. Braz. Chem. Soc., Vol. 23, No. 1, 171-179, 2012.
  12. Sangshetti, J. N.; Kokare, N. D.; Kotharkar, S. A.; Shinde, D. B.; Monatsh. Chem. 2008, 139, 125.
  13. Kidwai, M.; Mothsra, P.; Bansal, V.; Somvanshi, R. K.; Ethayathulla, A. S.; Dey, S.; Singh,T. P.; J. Mol. Catal. A: Chem. 2007, 265, 177
  14. Bahrami, K.; Khodaei, M. M.; Nejati, A.; Monatsh. Chem. 2011, 142, 159.
  15. Kamijo, S.; Yamamoto, Y.; Chem. Asian J. 2007, 2, 568.
  16. Wikipedia
72870login-checkLofin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon