Chemistry News

Kimyada bugün – 14 Noyabr

İlk fullerenin kəşfi 1985-ci ilin bu günü Nature jurnalında dərc edilmişdir. Karbon (C) elementinin bu yeni forması N.V. Kroto, R.F. Kerl, R.E. Smolli tərəfindən kəşf edilmişdir. Onlar helium atmosferində lazerin təsiri ilə qrafitin buxarlanmasından sonra yaranan hisli qalıqda bu cür kürəşəkilli molekulların mövcudluğunu aşkar etmişdir. Karbon atomunun C60 və C70 molekulları ilk dəfə altı və beştərəfli geodezik qübbəni inşa edən amerikalı mühəndis və memar Riçard Bakminster Fuller`in şərəfinə fullerenlər adlandırılmışdır. Beləliklə Nanotexnologiya da daxil olmaqla, tətbiqləri ilə kimyanın yeni sahəsi yaranmış oldu. Bu işlərinə görə onlar birlikdə 1996-cı il Kimya üzrə Nobel Mükafatına layiq görüldülər.

66680login-checkKimyada bugün – 14 Noyabr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon