Chemistry News

14 Avqust

Paul Sabatier 1941-ci ilin bu günü dünyasını dəyişmişdir. 1912-ci ildə Victor Grignard-la Nobel mükafatını bölüşən üzvi kimyaçı katalitik üzvi sintez sahəsində araşdırmalar aparmış və xırdalanmı nikelin hidrogenləşmə proseslərində katalizator olduğunu kəşf etmişdir. Marqarin, yağların hidrogenləşdirilməsi və sintetik metanol istehsalı sahələri onun işləri sayəsində inkişaf etmişdir. Paul nikel və mis kimi katalizatorların xırdalanmış halda səthinin və effektivliyinin artdığını tapmışdır. O, akademik fəaliyyəti ərzində nikeldən başqa metalları da katalizator kimi öyrənmiş, katalitik üzvi sintez sahəsində geniş araşdırmalar aparmışdır.

21340login-check14 Avqust
wpChatIcon