30 noyabr – 1 dekabr 2021-ci il tarixlərində UFAZ-da 1-ci Beynəlxalq Elmi Konfrans keçiriləcək. Tədbir Azərbaycan-Fransız Universitetinin əsas tərəfdaşları olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti, habelə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşacaq.
Konfransın əsas qonağı Strasburq Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Jean-Marie Lehn olacaq.
2 gün davam edəcək elmi konfrans kimya, kompüter elmləri və yer elmləri sahəsində 3 fərqli mövzü üzrə müxtəlif məsələlərə həsr olunacaq.
Tədbirin sonuncu günü sənaye müəssisələrinin nümayəndələri ilə işgüzar panel təşkil olunacaq.
Elmi konfransda həmçinin gənc alim və tədqiqadçılar üçün öz təqdimatları ilə çıxış etmək imkanı yaradılacaq.
UFAZ-ın 1-ci beynəlxalq elmi konfransı, universitetdə yeni yaradılmış tədqiqat departamentinin fəaliyyətinə dəstək verəcək və onun üçün yeni əməkdaşlıq və fəaliyyət imkanları yaradacaq.
———————————-
UFAZ will organize the 1st International Scientific Conference.
On November 30 – December 1, 2021 French-Azerbaijani University (UFAZ) will organize the first Scientific Conference. The event will be held in cooperation with the main partners of UFAZ, the Azerbaijan State Oil and Industry University and the University of Strasbourg, as well as the French Ministry of Higher Education, Research and Innovation.
The main guest of the conference will be Jean-Marie Lehn, professor of the University of Strasbourg, Nobel Laureate in Chemistry.
The two-day scientific conference will focus on 3 different topics, namely, Chemistry, Computer Science and Earth Sciences.
A business panel will be organized with representatives of industrial companies in the second day of the conference.
The UFAZ 1st International Scientific Conference will also provide an opportunity for young scientists and researchers to present their posters. It will also support the activities of the newly established research department at the university and open new opportunities for cooperation and activities.