Dəyərli Kimyaçılar,
Azerbaijan Chemical Society “Molecule of the Week” layihəsini elan edir. Bu layihədə iştirak etmək üçün könüllü şəxslər tələb olunur.
İşin təsviri:
• Layihə çərçivəsində təqdim edilən maddələr siyahısından minimum 10 maddənin seçilməsi;
• Seçilən maddələr haqqında araşdırma edib orta həcmdə məqalə yazılması;
• Layihənin müddəti hər bir şəxs üçün 3 aydır;
• Layihəni uğurla tamamlayan şəxslərə SERTİFİKAT təqdim ediləcək;
• Layihə iştirakçıları ödənişli tədbirlərimizdən tam ödənişsiz və ya endirimlərlə faydalana biləcək;
Tələblər:
• Kimya sahəsi üzrə orta biliklərə malik olmaq;
• İngilis dilini orta səviyyədə bilmək;
• İnternetdə araşdırma edə bilmək;
• MS Word proqramını minimum səviyyədə bilmək;
• Məsuliyyətli olmaq;
İş qrafiki: Sərbəst
Qeyd: Məqalə Azərbaycan dilində yazılmalıdır.
Göstərilən tələblərə cavab verən, öyrənməyə həvəsli və inkişafa meylli şəxslərin azecs2015@gmail.com adresinə öz CV-lərini mövzu hissəsinə “Molecule of the Week Volunteer” yazaraq göndərmələri xahiş olunur.