Chemistry News

Iridium

İridium ən nadir metallardan biridir. Bu metal qızıldan 40 dəfə daha az tapılır. İridiumun yüksək miqdarına meteoritlərdə və həmçinin yerin dərinliklərində, maqmada rast gəlmək olar. Havada oksidləşməyən bu metal görünüşcə parlaqdır. Osmiumdan sonra ən yüksək sıxlıqlı metaldır. Ən nadir metal olmağı ilə yanaşı həmçinin çox stabil metaldır. Belə ki, havada 2000 °C-yə qədər oksidləşmir, heç bir turşu və digər maye həlledicilərdə həll olmur. İridium sadəcə Flüorla 600 °C-də reaksiyaya girə bilir. Hazırda elm və texnologiyanın bir çox sahəsində istifadə olunur. Elektrik boşalmasının təsiri altında oksidləşməyə qarşı yüksək stabil olduğu üçün bu metala daha çox nəqliyyat vasitələrində qığılcım şamlarında rast gəlmək olar.

3300login-checkIridium
wpChatIcon