Dəyərli Üzvlər,
Oktyabr ayından etibarən “CHEMinar” layihəsi üzrə vebinarlara start veririk. İlk vebinar 8 Oktyabr 2021-ci il tarixində saat 18:00-da Microsoft Teams platforması üzərindən Bakı Dövlət Universiteti və Lissabon Universitetlərinin elmi işçisi, tədqiqatçı-alim, k.e.d. Kamran Mahmudovla baş tutacaq. Mövzu “Metal komplekslərdə qeyri-kovalent qarşılıqlı təsirlər” olacaqdır. Prezentasiyanın sonunda əlavə suallarınızı da Kamran müəllimə ünvanlaya biləcəksiniz.
Vebinara qatılmaq üçün aşağıdakı linkdə qeydiyyat formunu doldurmağınızı xahiş edirik.
https://forms.gle/xhoj9MNhUu1yZsWH6
610700login-checkCHEMinar – Dr. Kamran Mahmudov